Leylan doğulduğu andan qız olduğu üçün atası tərəfindən istənilmədi. Nənə və babası tərəfindən böyüdülən qız illər sonra onların ölümü ilə yenidən ata evinə dönmək məcburiyyətində qaldı.
***
-Həsrət, amma babat qızlar var ha. Bir ora bax?- deyərək dostu uzaqda dayanıb sinəsinin yarısını bayırda qoyan, gödək ətək geyinən bir qıza ağzı sulanaraq baxdı.
Həsrət bikef halda ətrafa göz gəzdirdi. -Nə bilim, heç maraqlı gəlmir,- narahat halda yerində qurdalandı.
-Dəlisən, vallah. Adam da belə axmaq olar məgər? Birini seç də.
Həsrət cavab vermədən qarşısındakı içkidən bir az içib masaya qoydu.
-Bir tanışım burada işləyir. Dedi ki, təzə qız var. Tər-təmiz bir gül. Təşkil edək sənə?- deyib güldü.
Həsrət dostunun sözləri ilə Leylanı xatırladı. O da tər-təmiz bir gül idi və Həsrət bu gülə qarşı heç də yaxşı rəftar etməmişdi. Yenə Leylan və yenə doğulmayan körpəsi.
-Həsrət, nə olub sənə? Bu gün kefin yoxdur elə bil.
-Nəsə özümü yaxşı hiss etmirəm, dostum. Sən öz kefinə bax. Mən gedirəm,- deyib gödəkçəsini götürüb oradan uzaqlaşdı. Dostu onu saxlamaq istəyəndə yanında oturan qadını görüb yenidən yerinə əyləşdi. Artıq Həsrət yadından çıxmışdı. Həsrət qarşısına baxmadan sürətli addımlarla çıxışa yönəldi. Önünə baxmadığı üçün qızılı saçları olan bir qadınla toqquşdu. Qadın zərbənin təsirindən müvazinətini saxlaya bilməyib Həsrətin qolları arasına düşdü. Həsrət qolları arasına düşən qadına çevirdi baxışlarını. Yox, bu mümkün deyildi.
-Leylan???
-Həsrət?!