"Nə olub?" Deyə başımı sağa əyib soruşdum. Çox diqqətli baxırdı gözlərimə, səbəbini bilsəmdə, bilməməzlikdən gəldim.
"Gözlərin," Dediyində qaşlarını çatmışdı. Mən isə gözlərimə olan bu təəccüblü baxışlarının səbəbindən əminləşmişdim.
"Hə bilirəm, səndə də var bir cüt ondan. Allah hər kəsə verir. Yəqin gözsüz çox adam görmüsən, qəribə gəldim," Deyib güldüm. Qəhvəyi gözləri mənim ciddi zarafatım ilə qısıldı. Gülümsədi.
"Xeyir, sənin gözlərin heyrətamizdir!" Dedi təbəssümü yoxa çıxarkən.
"Niyə hər kəs də var da?" Davam edirdim.
"Səninkilər bozdur!"