"Özünü yorma. Onsuz da öləcəm." "Ölə bilməzsən." Jalə bunu dedikdə Vüsal qəribə tərzdə gülümsədi. "Niyə?" "Ölsən..." O, Vüsalın gözlərinə dərin-dərin baxıb udqundu. "Ölsən, mən yaşaya bilmərəm." "Bəsdir görək." Vüsal Jalənin dediyinə güldü. "Hamı elə deyir. Amma hamı da yaşayır. Çünki, belə də olmalıdır." Jalə başını iki yana salladı. "Başa düşmürsən. Elə asan deyil. Dediyin kimi deyil." "Sən başa düşmürsən." Vüsal dediyinin reallıq olduğuna inanırdı. "Ölənlə ölmək olmaz. Acı çəkmək bir yerə qədərdir. Mən olsam da, olmasam da heçnə dəyişməz." "Dəyişər." Jalə də dediyindən dönmək istəmirdi. Vüsal qarşısında dayanan inadçı qadına baxıb acı-acı gülümsədi. "Jalə xanım, həyat davam edir. Get, həyatını yaşa." "Mənim həyatım sənsən. Sən olmasan həyat da olmaz, mən də." Yazılır; 18 noyabr 2024 Bitdi; Bəlkə başqa şərtlərdə...All Rights Reserved
1 part