Səidə: Vallah, mən muzeyin fəxri eksponatı olaram. Təki sən məni saxlayasan, ana!
Ana (əlində süpürgə ilə): Saxlayaram, amma muzeydə yox, mətbəxdə! İndi tez oyan, çay dəmlə!
Səidə (üzünü oxucuya çevirərək): Offf, başlamışıq yenə. Salam, mənim adım Səidədir. 16 yaşım var. Bu il 9-cu sinif imtahanına hazırlaşıram. Amma inanın, mənmi imtahana girəcəyəm, yoxsa imtahanmı mənə girəcək, o, hələ bəlli deyil.
Anam, Məxmər xanım... Əslində çox şəfqətli qadındır, amma əsəbləşəndə tamamilə dəyişir, elə bil başqa birisi olur. Neçə vaxtdır günüm eyni keçir: "Dur evləri təmizlə!", sonra da: "Başımın üstünü kəsib deyir ki ," get dərs oxu! Hazırlıqlara tonla pul tökmüşük. Əgər ki, doğrultmasan, and olsun, kələmin kökünə sənə od qoyacağam