Böyük Şəhərin İşıqları adlı romanımın davamıdır bu roman. Ancaq, birinci romanımın davamı olsa da, əsasən kriminal janrda yazmışam :)ümid edirəm bəyənəcəksiz
DİQQƏT ! BU ROMANDA ADLARI KEÇƏN ŞƏXSLƏR, VƏZİFƏLƏR, YER ADLARI VƏ BAŞ VERƏN HADİSƏLƏR TAMAMİLƏ MƏNİM TƏXƏYYÜLÜMÜN MƏHSULUDUR VƏ REALLIQLA HEÇ BİR ƏLAQƏSİ YOXDUR !
Proloq.
Atəş səsləri balaca uşaq bağçasını silkələməyə, uşaqların, müəllimlərin ora - bura qaçmasına səbəb olmuşdu. Balaca uşaqların gülüş səsləri bir anda qışqırıqlar, ayaq səsləri bağırtılarla əvəzlənmişdi. Bu səslərdə qorxu, vahimə təlaş var idi. Uşaqların iniltisi müəllimlərin səslərində itib batırdı. Balaca otaqda kiçik şagirdinə əlifbanı öyrədən gənc müəllimə atəş səslərini eşidən kimi qapını içəridən kilidlədi. Sarı saçlı şirin qızcığazı qucağına götürüb divara sıxıldı. Qorxurdu, həyəcanlı idi, ürəyi az qalırdı yerindən çıxsın. Ancaq özündən çox qucağına sıxdığı qorxu dolu gözlərlə müəlliməsinə baxan kiçi qıza görə narahat idi. Növbəti atəş səsi çox yaxından, qapının o tərəfindən eşidildi. Bir nəfərin yerə sərildiyini səslərdən aydın etmək olurdu. Bu çox qorxulu idi. Bir neçə saniyənin içində qapı silkələndi. Kimsə qapının cəftəsini sıxıb açmağa çalışırdı. Müəllimə ayağa qalxıb arxa küçəyə baxan pəncərəyə yaxınlaşdı. Pəncərəni açıb qışqırmaq, kömək çağırmaq istədi. Ancaq küçə bom boş idi, atəş səsləri hərkəsin qaçmasına səbəb olmuşdu.. Əlacsız qalan müəllimə uşağı ehtiyatla pəncərədən çölə çıxarıb daşın üstünə oturtdu. Tələsmək lazım idi. Geri çevrilib çantasını götürmək istəyərkən qapı qırıldı və içəri uzun boylu silahlı bir nəfər daxil oldu. Müəllimə isə cəld hərəkətlə özünü pəncərədən çöl