[ Nəhayət ki, bölümlərin ardıcıllıgını düzəldə bildim ^^]
...Həyatlarında yalnız bir dəfə qarşılaşan insanlar var. Məsələn , yolu keçərkən təsadüfən üz-üzə gəlirlər...Gözləri anidən bir-birinin gözünə toxunur.Sonra yenidən gözlərini qaçırıb yollarına davam edirlər...Bir daha heç vaxt qarşılaşmırlar.Bir-biriyçün önəmi olmayan insanlardır onlar.Tamam fərqli həyatlar yaşayan insanlar...
Səninlə mən də bu cür insanlardan olmalıydıq. Sən gözlərini yumub yagışın altında gülümsəyərkən mən başqa birinin əlindən tutaraq sənin yanından ötüb keçməliydim.Hekayəmiz bu cür də bitməliydi...