Qaranlığın Qızı
Bəzi yaraların izi görünmür. Bəzən insan ən böyük müharibəni başqaları ilə yox, öz vicdanı, öz qorxuları və öz keçmişi ilə aparır.
Bu kitab da məhz belə bir müharibədən bəhs edir.
Burada oxuyacağınız hadisələr təkcə sevgi hekayəsi deyil. Burada itirməkdən qorxan insanlar, sevdiyini qorumaq üçün özünü oda atmağa hazır olan qəlblər, bağışlamağın mümkünsüz göründüyü anlar və bir qərarın neçə taleyi dəyişdirə biləcəyi var.
Bəlkə də bəzi səhifələrdə gülümsəyəcəksiniz. Bəlkə də bəzi cümlələr sizi uzun müddət susduracaq.
Çünki həyatın özü də belədir. Heç kimə yalnız xoşbəxtlik və ya yalnız kədər bəxş etmir.
Əgər bu hekayəni oxuyarkən hansısa obrazın ağrısını ürəyinizdə hiss etsəniz, bilin ki, məqsədim məhz bu idi. Mən sizə mükəmməl insanlar təqdim etmədim. Mən səhvləri ilə yaşayan, qorxuları ilə nəfəs alan və sevgiyə bütün yaralarına baxmayaraq inanmağa çalışan insanlar yazdım.
"Bəs görəsən Qaranlığın Qızı öz işığını tapa biləcək yoxsa o qaranlıq onu udacaq?" Hekayədə əsas sualdır.
Silahı son anda özümə çevirdim. Və hər birinə sevgi dolu baxışlarla baxdım. Sanki son dəfə baxırmışam kimi. Kim bilir bəlkə də. Bəlkə də son dəfə baxırdım.
~𝓝𝓲𝓰𝓪𝓻 𝓜.