Yol Yoldaşım
Ağ gəlinlik saflığın rəmzi, yoxsa bir cinayətin örtüyüdür?
Qəmərin həyatı bir masa arxasında, ailəsi tərəfindən satıldı. Ayazın həyatı isə soyuq bir vəsiqənin və gizli bir intiqamın arxasında gizləndi. Onların nikahı səmada buludların üzərində təyyarənin boğuq uğultusu altında, heç bir şahidsiz kəsildi.
Şahidləri sadəcə vicdanları və qaçdıqları o qanlı keçmiş idi.
"Sən polissən, vəzifən insanları qorumaqdır!"
"Mən polissəm, Qəmər. Amma indi həm də sənin tək yoldaşınam. Seçimini et Ya o toyda öləcəksən, ya da mənim yanımda yanacaqsan."
İki fərqli insan, tək bir qaçılmaz məqsəd.
Dağlıların kölgəsindən qurtulmaq.
Amma Ayazın ailəsinin qapısı açıldığı an, əsl cəhənnəmin o qaçdıqları malikanədə deyil, daxil olduqları bu evin divarları arasında gizləndiyini anlayacaqlar. Səfərlilərin qapısı sadəcə bir evə deyil, daha böyük bir oyunun içinə açılır.
Unutma, bu bir sevgi hekayəsi deyil. Bu, sağ qalmaq üçün verilən fədakarlıqların və birbirinə məhkum olan iki ruhun amansız döyüşüdür.