📌 Haqqında
Gecənin qaranlığında bir qızın titrək səsi eşidilir:
"Mən onu görmüşəm... eynən sənin kimiydi..."
Atasını illər əvvəl "ürək çatışmazlığı"ndan itirdiyini sanan Cəsur, yataqxanada tapdığı qırmızı microSD kartla həyatının ən böyük yalanını açır. Kartın içində atəş səsi, son nəfəs və sirrli sözlər var: "Səssizlər saxlayır..."
Hər addımında kölgələr onu izləyir. Dost dediyi Nicatın gülüşündə xəyanətin və ən ağır dost zərbəsinin izi var. İş adamı ləqəbi ilə bilinən görünməz bir qüvvə isə onu susdurmaq üçün hər şeyi edir.
Bəzən danışmayanlayanlar cismən öldürülməz amma haqqsızlığı görən vicdanı hər gün səhər dirildib gecəsi dəfələrlə ruhən öldürər... bəzən isə danışanlarda öldürülür amma vicdanı ilə cismən öldürülür.
Bu, sadəcə bir cinayət hekayəsi deyil. Bu, susqunluğun qisas hekayəsidir.