"O gün hər şey susdu. Küçə səssiz idi, içim isə ilk dəfə bu qədər hayqırırdı."
Kölgələr divarlara uzun-uzun dəyirdi. Sanki zaman da dayanmışdı - saatlar irəliləmirdi, nəfəsim belə eyni nöqtədə ilişib qalmışdı. Hər şey olduğu kimi qalmışdı, bircə o getmişdi. Elə bil, o gedən təkcə bir insan deyildi - onunla bir yuxu, bir inam, bir gələcək də çəkilib getmişdi.
Qapı arxasında qalan səssizlik, gözlərimdə qırılmaqdan usanmış son damla göz yaşı... Və bu şəhər - minlərlə insanın içində, tək başına mən.
Bir səslə ayıldım - telefon titrəyirdi. Ekranda adı yox idi, nömrə tanımadığım biri idi. Amma içimdə bir hiss, bu zəngin təsadüf olmadığını deyirdi.
Əlim əsə-əsə telefonu qaldırdım.
- "Səni hələ də gözləyirəm..."
Səs tanış idi. Unutduğumu sandığım, amma sanki damarlarımdan hələ də keçən bir səs...
Susdum. Heç nə demədim. Amma bilirdim - bu sadəcə bir son deyildi. Bu, nəyinsə yenidən başlamaq üçün qopduğu andı...
Gözləyirdin ki, o zəngdən sonra hər şey ya tamam qopacaq, ya da səssiz bir barış başlayacaq. Amma o, susdu..
Heç nə demədi, heç bir açıqlama vermədi. Sadəcə səsini eşitdin. O səsdə yorğunluq vardı, bir az peşmanlıq, bəlkə də heç demədiyi sözlərin ağırlığı. Bəlkə də heç biri yox idi, mən elə düşünmək istəmişdim.
Telefonu bağladı, amma qəlbim bağlanmadı.
Bu dəfə o, getməmişdi.
Sadəcə gəlməyə cəsarət etməmişdi.
Və mən anladım ki:
Bəzən insanlar getmirlər...
Sən onların içindən çıxıb gedirsən.
Səssizcə, incinmiş halda, amma ayaqda. Çünki qalmaq - daha çox ağrıdır.
Mən səni sevdim, hər şeyi, hamını qarşıma alacaq qədər sevdim. Dəyişməni gözlədim... Səbrlə, inamla gözlədim. Amma sən dəyişmədin - əksinə, məni tərk elədin. Hamını düz, məni isə səhv çıxardın...
Bu həyatda hamıya güvənməməli o