♣️"Ölüm bir dəfə gəlmir. Bəzən səni xilas edənlə gəlir."
Ölüm heç vaxt bir dəfə gəlmir. O, səssizcə, gizlicə, bəzən bir nəfəs uzaqlıqda dayanır, bəzən isə baxışların arasından süzülür.
Onlar hər dəfə ölümün qapısını döydülər, amma heç biri açmadı. Hər qorxu, hər risk, hər seçim bir-birinə toxunaraq görünməz bir bağ yaratdı.
Qan, səssizlik və qorxu ilə toxunmuş bir razılıq var aralarında. Adını heç kim çəkmir, amma hər kəs hiss edir ki, bu hekayədə hər şey dəyişə bilər: Bir baxış, bir söz, bir səhv...
Bəzən sevgi xilas etmir, bəzən qorumaq yetərli olmur. Bəzən isə insanın özü ölümün yolunu dəyişdirir.
Ölümlə Sözləşmə.
Sadəcə bir ad deyil; bir xəbərdarlıq, bir sirr və hər addımda artan gərginlikdir.
Bəs sən hazırsan?
Ölümün oyununda iştirak edəcəksən, yoxsa sadəcə izləyəcəksən?
⚠️ Xəbərdarlıq
Bu hekayədəki bütün personajlar və hadisələr xəyal məhsuludur.
Hekayədə göstərilən qadağan olunmuş maddələr və təhlükəli hərəkətlər real həyatda təhlükəlidir.
Lütfən, bunları yalnız hekayə kontekstində qiymətləndirin.
Elerya həyatının bir gecə ilə dəyişəcəyini bilmirdi. Günün birində yanına bir qadın gəlmiş və həyatını kökündən dəyişdirəcək gərçeklər danışmışdı. Elerya o zaman işin ciddiyətini tam başa düşməsə də, uşaq vaxtı şən, gülüb oynayan oğlanı, birdə hönkür hönkür çərasizcə ağladığı zamanı gördükdən sonra Elerya üçün bəzi şeylər dəyişmişdi. Hər şeyin bir zamanı vardı. Elerya səbrlə bu zamanı gözləyir, məqsədlərinə çatmaq üçün əlindən gələni edəcəkdi. O zamanlardan bu vaxta qədər ağlına sadəcə bir cümlə həkk olunmuşdu;
"Əgər taleyin səni seçibsə, qaçmaq mümkün deyil."
Taleyindən qaçmayacaqdı, və səbrlə taleyinin ona nə oyunlar açacağını gözləyəcəkdi. Eleryanın bildikləri qədər bilmədikləri də baş verəcək və bu hadisələrdən necə çıxacağını bilməyəcəkdi.