14 parts Ongoing Elerya həyatının bir gecə ilə dəyişəcəyini bilmirdi. Gecə yarısı yanına bir qadın gəlmiş və həyatını kökündən dəyişdirəcək gərçeklər danışmışdı. Elerya o zaman işin ciddiyətini tam başa düşməsə də, uşaq vaxtı şən, gülüb oynayan oğlanı, birdə hönkür hönkür çərasizcə ağladığı zamanı gördükdən sonra Elerya üçün bəzi şeylər dəyişmişdi. Hər şeyin bir zamanı vardı. Elerya səbrlə bu zamanı gözləyir, məqsədlərinə çatmaq üçün əlindən gələni edəcəkdi. O zamanlardan bu vaxta qədər ağlına sadəcə bir cümlə həkk olunmuşdu;
"Əgər taleyin səni seçibsə, qaçmaq mümkün deyil."
Taleyindən qaçmayacaqdı, və səbrlə taleyinin ona nə oyunlar açacağını gözləyəcəkdi. Eleryanın bildikləri qədər bilmədikləri də baş verəcək və bu hadisələrdən necə çıxacağını bilməyəcəkdi.