Ruhumun yarası
Bəzən insanın həyatına biri daxil olur...
heç gözləmədiyin anda, heç hazır olmadığın bir zamanda.
Mənim həyatımda da o elə gəldi -
hər şeyin bitdiyini düşündüyüm,
ümidin artıq məna daşımadığı o nöqtədə.
Və mən onu "son" sandığım yerdə tapdım...
amma o, mənim içimdə bitməyən bir başlanğıca çevrildi.
Bu sevgi sakit gəlmədi.
Bu sevgi içimə çırpıldı -
geri dönülməz bir zərbə kimi.
Məni sərxoş etdi...
amma eyni zamanda içimdə dərin bir yara açdı.
Onu dəlicəsinə sevdim.
Özümü unudacaq, öz varlığımdan vaz keçəcək qədər.
Elə bir sevdim ki, onun xoşbəxtliyi mənimkini əvəz etdi.
Mən öz xoşbəxtliyimi
sevdiyim insanın xoşbəxtliyinə qurban verdim.
Və ən ağırını yaşadım -
mənə aid olduğunu düşündüyüm birinin
başqasına aid olmasını izlədim.
Səssizcə...
qırılaraq...
amma yenə də sevərək.
Bəlkə də biz yanlış zamanda qarşılaşdıq...
amma o, mənim həyatımda hiss etdiyim ən doğru şey idi.
Mən onunla bir ömür yaşamadım...
amma onu itirməyin ağırlığını bir ömür daşıdım.
Çünki bəzi itkilər bir anlıq olmur -
onlar insanın içində zamanla dərinləşir.
Və bir gün anladım:
o artıq sadəcə ruhumun yarısı deyildi...
o, mənim ruhumun yarası idi.