
Bazar məsləhətçisi yavaş bir formada dilləndi. "Qəhqəhə atan oğlanın adı Kutay'dı. Yaşına görə uzun bir boyu var və çox vaxt gülüb əylənir. Onun valideyinləri onu bura bir aylıq olanda qoyublar. O da digər uşaqlar kimi üç aylıqikən danışmağa başladı amma valideyinləri onu gəlib görməməsinə baxmayaraq həmişə hiperaktivdi və ətrafa positif enerjilər yayır." Ragıb düşüncəli bir şəkildə iki oğlana baxarkən yavaş yavaş ağaran saqqalını tumarladı. " Hmm bəs digər oğlan kimdi? " Maraqla verdiyi suala cavab olaraq məsləhətçi yenə rahatca dilləndi. " O oğlan qəribə biridi digərinə baxmayaraq indiyə qədər heç güldüyünü görməmişəm. Bir dənə Hilal'ı gördüyü zaman gülür. Zəkası ən yaşlı sehirbazın zəkasıyla yarışar. Özü də çox diqqətcil bir oğlandı. Adı da Miran'dı. Əslində onların yanında iki nəfər daha var idi amma indi yoxdurlar?" Məsləhətçinin düşüncəli səsiylə son dediklərindən sonra Ragıb dərhal ona döndü. " Hilal? iki nəfər?" Məsləhətçi başını salladı. " bəli iki nəfər. Biri qız biri oğlandı. Əkizdilər. Amma əkiz olmalarına baxmayaraq çoxda oxşamırlar bir birlərinə. İndiyə qədər ayrıldıqlarını heç görməmişəm. Bacı qardaş hər yerə əl ələ birgə gedirlər. Oğlanın adı Turan'dı. Çox qorumacı birisidi. Qızın adı isə Hilal'dı. Adı kimi özü də ağappaq ağ dərili gözəl bir qızdı. On iki yaşları var. Qız çox sulu gözdü. Hər xırda şeydə ağlayır. Qardaşı isə kobuddu. Bir birilərinin əksidilər amma çox yaxşı yola gedirlər. Turan digərlərinə etdiyi kobudluğu Hilal'a heç etmir." Məsləhətçi sözünü bitirən kimi gözlərini qarşıya dikdi. " Hə! Bax ordadılar gəlirlər." --- Hekayəni uzun müddətdir yazıram. Və artıq son düzənləmədədir. Oxuyanlara xoş əyləncələr diləyirəm. Fantastik janrlı bir hekayədir.All Rights Reserved