Bəzən insan tanımadığı birinə baxanda, elə bil uzun illər əvvəl unudulmuş bir duyğunun səsi içində astaca yenidən səslənir. Onların ilk baxışları da belə idi - nə salam vardı, nə də söz.
Sadəcə sükut danışdı... və o sükutda iki ürək bir anlıq eyni ahəngdə döydü.
Ulduz - hisslərini sükutun arxasında qoruyan, sevərkən belə utancından sığınacaq axtaran;
Yusif - zarafatın arxasında duyğularını gizlədən, amma bir baxışla qayğı göstərə bilən.
Bu sevgi hayqıran deyil, dinən; tələsən deyil, gözləyən sevgi idi. Nə səs-küylə başladı, nə də ehtirasla - sadəcə sakit bir anın içində, öz-özünə, təmkinlə doğuldu.
Onlar bir-birinə aşiq olmadılar;
bir-birlərinin sükutuna, qəlbində gizli qalan uyumuna vuruldular.
Beləcə, ömür kimi görünməyən bir an, taleyə çevrildi.
"Ruhuma Mütabiq" -
eşqin səssiz yaşanan, hisslə deyil, nəfəs ilə deyilən,
dil yox, ürək səviyyəsində qurulan hekayəsidir.
...çünki o mənə toxunmadı; sadəcə varlığı ilə ruhuma mütabiq oldu.
Seluruh Hak Cipta Dilindungi Undang-Undang