Hər bir insanın içində sükutla dolu bir dünya var. Bəzən o sükut, sözlərdən daha çox danışır. Mənim Balacam təkcə bir mesajla başlayan bir hekayənin deyil, bir gəncin daxili tərəddüdünü, qorxularını və yavaş-yavaş tapdığı rahatlığı izah edir.
Gecənin sakitliyində, pəncərəyə yaxın dayanmış anonim bir insanın baxışları və düşüncələri ilə tanış olacaqsınız. Hər oxunan cümlə, insanın öz hisslərinə qarşı dürüst olmağın əhəmiyyətini göstərir və susqunluğun da öz ritmi olduğunu xatırladır.
Bu kitab sizə göstərir ki, bəzən ən böyük qərarlar və dəyişikliklər susmaqla, gözləməklə və özünüzə vaxt verməklə başlayır. Hər hiss bir addım atmağa hazırlaşan ürəyin sükutudur.
Not: Hər hansı bir orfoqrafik səhv etsəm bunu deməkdən çəkinməyin. Hər cürə şərhə açığam.
All Rights Reserved