Bəzən insanın bütün həyatı heç gözləmədiyi bir anda dəyişir. Bir baxış, təsadüfi bir qarşılaşma və ya adi görünən bir payız günü...
Nana universitet həyatı ilə öz düşüncələri arasında sıxışıb qalmış, hisslərini içində yaşamağa öyrəşmiş bir qızdır. Arina isə ilk baxışdan soyuq, məsafəli və heç kimə ehtiyacı yoxmuş kimi görünən biridir. Onların yolları təsadüfən kəsişir və hər ikisi bunun sadəcə qısa bir qarşılaşma olduğunu düşünür. Amma bəzi insanlar həyatımıza təsadüfən deyil, bizi dəyişdirmək üçün daxil olurlar. Səssiz baxışlar, yarımçıq cümlələr, gizlədilən hisslər və payızın insanı qəribə şəkildə nostalji edən havası.. Zaman keçdikcə ikisi də anlayır ki, bəzi duyğular nə qədər gizlədilsə də, bir gün mütləq üzə çıxır.
Todos os Direitos Reservados