Fantastik bir dünya təsəvvür edin; bu dünyada sehrli güclər Tanrının hədiyyəsi olaraq yox, lənəti olaraq görülür.
Bu dünya Aster diyarlarıdır. Irqçiliyin, qədim sirlərin, qanlı taxtların, müharibənin dəhşətinin tam şəffaf göstərilmədiyi, lakin hamının bir baxımdan hər şeyi bildiyi diyar. Qaranlıq, amma bir o qədər sürükləyici.
Bəs siz bu qaranlıqdan çıxa biləcəksiniz?
Ondan da öncə, bu qaranlığa addım atacaqsınız?
Buyurun, keçin. Ancaq unutmayın ki, ölüm hər an qapını çala bilər.
All Rights Reserved