İl 2029... Atalarının qatilini tapmağa çalışan iki qadın. Onlar 2019-cu ildə atalarının bir mərmiyə qurban getdiyinə şahid olmuşdular və o gün onların bütün məsuliyyəti əllərindən alınmışdı. 2029-cu ildə isə onlar sadəcə siravi bir insan yox, Cinayət Vəkili və Baş həkim idilər. Onların bir tək düşməni var idi: illər əvvəl qaçırılmış və Rusiyada yaşamış rus mafiyası Cəsur Qocaqurdu... O, Gülnar və Sevincin atasını öldürən şəxsin oğlu idi. Bəs onların atasını öldürməkdə səbəbi nə idi? Onlar necə Qoca Qurdu tanmırdılar? Birinci sualın cavabını gələcək zamanda bir yerdə öyrənəcəyik! İkinci sualın cavabı isə aşağıdakı sətirlərimdə... Sevinc (Gülnarın bacısı) restoranda oturub qarşısına qoyulacaq yeməyi gözləyirdi. Bəlkə də bu onu yeyəcəyi son yemək olacaqdı. Çünki yeməyin içində Asetonidril və Vekuronicem var idi. Asetonidril və Vekuronicem insana nə edə bilərdi? İnsan bədənini tamamilə ələ keçirir. Keyidir və keyiməklə qalmayıb, nəfəs darlığı və bədəndə daşlaşmaya səbəb olur. Lakin burda canı ilə vurmuşam təkcə Sevinc olmur. Səhər saatlarda dərmanın işə yarıyıp yaramadığını yoxlamaq üçün ölən 16 yaşlı məsum dilənçi qızcığaz və dünyaya yeni göz açmış sadəcə 1 saat 30 dəqiqə 15 saniyə yaşaya bilən günahsız körpə... Bəs onların taleyi necə olacaq? Heç bir qan tökülmədən qısas almaq mümkün olacaqmı? Ağıllı oyunlar ilə intiqamın alınmasında daha neçə qurban gedəcək?
More details