- Səncə, hansı ulduzlar daha gözəldir, İna?
- Göy üzündən başqa yerdə də ulduz var ki? - anlamsızca Saraya baxdı. O isə gözlərini bərəldərək İnaya həyatında dünyanın ən böyük səhvini etmiş kimi baxırdı.
- İna, sən bunu bilmirsən?! Əlbəttə, başqa yerdə də Ulduzlar mövcuddur, məsələn, Yerdə.
- Yerdə? - bu sualı həm özünə, həm də ona verərək dediyini analiz etməyə çalışırdı. Nə danışır bu?!
- Yerdəki öz doğru və səhvləri ilə vəhdətlənmiş mükəmməl insanlar Yerdəki Ulduzlardır,- Sara ilk öncə gülümsəyərək İnaya, sonra isə səmaya baxmağa davam etdi.
• 16 yaş və yuxarı şəxslər üçün nəzərdə tutulmuşdur.
• Hekayə qapağı @adlijoz adlı istifadəçi tərəfindən hazırlanmışdır.
|• Yayımlandı: 24. 06. 2016 •| Amma yeni bölümlər gec - gec paylaşılır...