Bu hekayədə çox ciddilik axtarmayın.Bir az komediyanın, bir az mallığın olduğu yerdə bir az da sevgiyə yer versək, olar da?
Amelia Əlizadə...Mallıqda bir dünya markası olan, soyuq zarafatlarıyla sadəcə dostlarını güldürə bilən, romantiklik anlayışı boks matçına baxarkən ulduzları izləməkdən o tərəfə keçməyən, ən yaxın dostu Nuray kimi "mükəmməl" biri olan bir qızdı.
Murad Səfərli...Kənardan ciddi görünən, amma səmimi, sirli, fotoqraflıqla maraqlanan, yersiz hərəkətlər etdikdə Turalın boynuna "dostcasına" bir şillə keçirən insandı.
***
-"Mənim başa düşdüyüm qədəri ilə otağını tək tapa bilməyəcəksən."
Ola bilməz!Məni öz-özümə üsyan edərkən görmüşdü.
-"Nə vaxtdı burdasan və nə qədərini gördün?"
-"Son bir neçə döngədən bəri arxanda idim.Bir də öz-özünə üsyan etdiyini gördüm.Ancaq, əmin ol, bu bəsdi."-deyib gülməyə başadı.
Amma, gülmürdü.Vəhşi kimi qəhqəhə atırdı.
-"Ağ ciyərlərinin hələ də işlədiyinə inanmıram."
***
-"İndi bu məsum baxışlara görə sənə yazığım gəlməlidi, hə?"
-"Hə."
-"Məncə, bir az da məşq etməlisən.Bu baxışlar məsumluqdan çox kələm istəyən dovşanın baxışlarını ifadə edir."
"Heç kim ona baxışlarının meşədə ov axtaran tülkü kimi olduğunu deməmişdi?"
Düzdü, məncə də elədi.
-"Doğrudan, elə fikirləşirsən?"
Utancla başımı aşağı saldım.Niyə həmişə onun yanında pərt olurdum?!Hamısı iç səsimə görə olurdu.
"Mən nə etdim ki?!"
Sus, danışma, iç səs.Səninlə evdə danışacağam.
***
Bir sözlə, iki öküzün hekayəsi...