Sakit, isti yay günlərindən biri idi. Onlar əl-ələ tutub yolun qirağında gəzirdilər. Küçədə işıqlar, maşınların səsləri və sərin külək var idi. Onlar bir yerdə idilər və bir-birilərini sevirdilər.
Hərşey bir an içərisində baş verdi. İki maşın toqquşaraq onları əzdi...Partlayış.... qız bədənində dəhşətli ağrılar hiss etdi və səsini çıxara bilmirdi. Oğlan da yaralanmışdı amma onun kimi xəsarət almamışdı.
Xəstəxana...... Bu divarlar necə də oğlana ağır gəlirdi. O, bir dəqiqə də olsun qızın başının üstündən ayrılmırdı və onun ayılmağını gözləyirdi. Bu dəfə otağa tibb bacısı daxil oldu. Oğlanı yanına çağırdı və palatanı tərk etdilər.
O yaşayacaq hə? -oğlan soruşdu.
Tibb bacısı-Biz əlimizdən gələn hər şeyi edirik ki, onu xilas edə bilək.
Mən sizə yalvarıram mənim ondan başqa heç kimim yoxdur. Onu xilas edin.
Tibb bacısı: Söz verirəm ki, əlimdən gələn hər şeyi edəcəm.
Oğlan göz yaşlarını silərək palataya qayıtdı. Bu zaman qız başa düşdü ki, nəsə baş verir. Ancaq özü də başa düşürdü ki,