Bu şəhər nə qədər aciz idi insanları ilə birlikdə. Şit-şit zarafatları ilə bir birilərini güldürən dostlar, bütün gücüylə bar verən ağacı cızaraq adlarını yazan sevgililər, şəhərin altını üstünə gətirən varlı balaları ilə sanki ölmüşdü bu diyar. Halbuki yaranarkən nəqədər ümidliydim bu şəhərdən. Bəzən özümə nifrət edirəm bu şəhərdə yaşadığım üçün.
3 ay sonra...
Gecə yatmamışdım. Gözlərim qanla doluydu. Əlimə keçən ilk kurtkanı alıb çıxdım. Küçəyə çıxdım və sürətli addımlarla qaçmağa başladım. Şəhərin keçid qapısına az qalmış özümdə bir yüngüllük hiss etdim. Sanki arxadan bir zərbə sezdim amma bu hadisə elədə uzun çəkmədi. Hər şey bir göz qırpımında oldu. Və mən uydum. Gözümü açandan sonra bir meşədə idim. Uzun çəkən hərəkətsizlikdən əl-əyağım tutulmuşdu. Biraz o tərəf bu tərəfə baxdıqdan sonra bir təhər ağaclara tutunaraq əyağa durdum. Axsaya axsaya bir çaya yaxınlaşdım. Su çox soyuq idi. Bir təhər üzümü yudum. Və çıxıb ətrafı axtarmağa başladım.