Yer səthi 510 milyon kvadrat kilometrdir. Bunun 362 milyon kvadrat kilometri və ya 71 %-i okeanın, 148 milyon kvadrat kilometri və ya 29 %-i quru ərazilərinin payına düşür[1], . Yer səthinin şimal yarımkürəsində qurunun sahəsi ümumi ərazinin 39.4 %-ini, suyun sahəsi isə 60.6 %-ini təşkil edir. Cənub yarımkürəsində qurunun sahəsi 19 %, suyun sahəsi isə 81 %-dir. Qurunun sahəsi şimal yarımkürəsində cənub yarımkürəsinə nisbətən 10.4 % artıqdır. Suyun sahəsi isə əksinə, şimal yarımkürəsində cənub yarımkürəsinə nisbətən 18,4 % azdır. Yer səthində su ilə quru qeyri-bərabər paylanmaqdan başqa o, şimal və cənub yarımkürələrində də qeyri-bərabər paylanmışdır[2]
5 parts