Sedang Ditulis, Pertama kali diterbitkan Jan 27, 2016
Deyirlər ki, əgər bir istəyin varsa, onu həqiqətən, bütün var gücünlə, səmimi ürəkdən istəyirsənsə gerçəkləşər. İstəyirəm həqiqətən, bütün var gücümlə, səmimi ürəkdən... Amma dəyişən heç bir şey yoxdu. Həmişəki kimi, əvvələr heç sevmədiyim lakin indi heç durmaq istəmədiyim daşın üzərində oturmuşam. Eyni düşüncəylə, eyni istəklə və ən pisi yalnızam. Əgər 2 ay əvvələ qayıtsaydıq, yenə bu nəm meşədə sərt daşın üzərində oturmuş olacaqdım. Tək amma kifayət qədər böyük bir fərq var. Mən yalnız deyildim. Bilsəydim ki, bu daşı gələcəktə görəndə heç kimin mənə verə bilməyəcəyi anlıq xoşbəxtliyi dadacam, ona yaxşı davranardım. Bu daş üzərində o qədər böyük yük daşıyır ki... Üzərində sonsuz-bucaqsız xatirələr daşıyır. Hansı ki, indi bütün ömrümü verərdim o xatirələrin birini, hətta ən pisini yenidən yaşamaq üçün. Bəs niyə bu daş bu qədər önəmlidi? Çünki 'həyatımın' ilkini və sonunu bu daş üzərində yaşamışam