...Risa oturduğu stuldan qalxdı və otaqda gəzinməyə başladı. Sanki beyni dayanmışdı, yazmağa heç nə fikirləşə bilmirdi. Əlbəttə, belə hadisələr yazıçılarda tez-tez baş verir, sanki təxəyyül son nöqtəsinə çatır, əvvəl ağlına asanlıqla süzülərək gələn sözlər sanki ilişib qalır və barmaqlar yazmağı dayandırır. Belə hallarda Risa nə etməli olduğunu bilirdi, sadəcə cəsarəti çatmırdı. Yazı masasının üstündə qoyduğu karta baxıb başını buladı. "Doktor Zen" "Halusunasiya mütəxəssisi" Bəlkə də bir dəfə sınaya bilərdi...Öz beynində nələr baş verdiyini, hekayəsinin necə davam edib, necə sonlanacağını öyrənə bilərdi...