Həyat necə bir şeydir ? Bəzilərinin sandığı kimi qayğısızmı , ya aşırı dərəcədə iztirablımı ?...Ola bilsin ki , bunlardan heç biri doğru təsbit deyildir ... qayğısızlıqla iztirab arasında bir mövqedə yer tutub həyatın anlamı ... Bəlkə də bu orta mövqedə , həmin iki nöqtə arasında qərarsız insanlar dayanmışdır və bu insanlar hansı istiqamətə addımlasalar həyatları da həmin yolun sonunda gözləyən anlama bürünəcəkdir ...
***
- Xoşbəxt görünürsən .- dedi qarşısındakı qadının gözlərinə baxmağa çəkinərək .
Qadın isə gülümsədi və səmimi olduğunu bəlli edən baxışlarıyla :
- Çox xoşbəxtəm və buna görə sənə minnətdaram , Duman . Səninlə qarşılaşmasaq bütün bunlar baş verməzdi .- cavabını verdi .
***
《 P.S. Hekayə Chimnaz_Mkyll-a həsr olunub . 》