Soyuq payız küləyi şəhəri yenidən cənginə alırdı. Artıq isinmək üçün kiçik sobalı daxmalara çəkilmək vaxtı idi. İnsanlar istənilən halda payızı xoş qarşılamır. Səbəb çoxdu aramsız yağışlar,güclü küləklər və bu kimi təbii hadisələr. Əslində bütün insanlar belə deyil. Məsələn mən xoşlayırdım payızı. Bir çox hallarda xatirələr gizlədirdi bu fəsil. Hər şey elə bu fəsildən başlamışdı. Məktəb,həyat oynu,sevgi və s. Danışdıqca bitməz bir hisslər yaşadır payız mənə. Soyuqlar düşdükcə daxilimizdəki istilik ətrafımıza təsir etmirdi. Bilmirəm nə olduğunu və niyə olduğunu. Son illər hər şey marağının itirirdi. Uzun illər üzərində işlədiyim əsər və yazılarım bir səhv üzündən silinib atılmışdı. İstənilən halda bu məqsədə yenidən nail olmaq olardı amma uzun vaxt çəkəcəkdi bu. Zamansa heç vaxt sənin istəyinlə razılaşmır. Sən bəzən səhv edən anda "əvvələ qayıda bilsəm belə edərdim" deyirsən amma zaman səni heç vaxt əvvələ qaytarmır. Əslində bu sözü düşünən insan mənə elə gəlir biraz normal insandan uzaqdı. Heç olmasa daxilində fikirləşib bu sözün məntiqsiz olduğunu başa düşmək olar ən azından. Düzdü insanları qınamaq olmur. Sistem belə qurulub və belədə davam edir. Televizorlarda baxdığımız kinolarda keçmişə qayıtmaq mümkündür hətta elə kinolarda varkı orda işlədilən dərmanla hətta sən ən güclü və ən böyük insan ola bilərsən. Məsələn Hulk kimi. Adi cılız bir oğlan iksir içir və böyük bir yaşıl insandan uzaq bir varlığa dönüşür. Uşaqlar bu səhnəyə heyrətlə baxır və fikirləşirlərki "bizdə bu dərmandan içsək Hulk kimi olarıq və dünyanı dağıdarıq". Demək insanların fikiri uşaqlıqdan pozulur.All Rights Reserved