Həyatımız illərə,illər aylara,aylar günlərə,günlər isə saatlara bölünür.
Səhər yuxudan oyanırıq və çox vaxt saatın fərqinə varmadan günümüzü monoton və ya qeyri monoton olaraq yaşayırıq.Amma,elə bir gün olur ki,həmin günün bir saatını gözləməli olursan.
Və bu bir saatı gözün qalır saatda,dəqiqələri,hətta saniyələri belə izləyirsən.Sanki zaman da qəsdinə durub sənin,keçib getmək bilmir.Əqrəblərin arasında qalmış kimi hiss edirsən özünü.İçində iki sual var: " İtirəcəmmi ya bir ömür sahiblənəcəmmi?"
Vaxt getmir,zaman dayanıb.Düşünürsənki bəlkə saatım işləmir,yoxlayırsan.Yox,işləyir.
Saniyələr qovur bir birini içindəki həyacan daha da artır,ürək döyüntülərin yüksəlir.Ürəyinin səsiylə saatın səsi qarışır bir birinə.Özünə yer tapa bilmirsən,otaqda o baş bu başa gəzişirsən gözün saatda qulağın telefonda.Artıq azalıb saatın yarısı gedib.
Və birdən... İçinə bir qorxu düşür. "Yox,yox..." - deyə qışqıraraq saata tərəf qaçırsan, "Dayan getmə,dayan quban olum getmə,yalvarıram getmə" - deyə bağırırsan. "Axı mən niyə saatın tez getməsini istəyirəm ki, axı bilirəm ki,o zəng gələcək və : " Məni daha axtarma,bitdi hər şey" deyəcək. Bunu bilə bilə niyə saatın tez getməsini istəyirəm ki." Deyə düşünürsən.
Vaxt daraldıqca üstünə bir kədər,bir hüzün çökür.Dizlərin əsir,ayaqda dura bilməyib saatın qarşısında diz çökürsən.
Əqrəblər bir birini tamamlayır,telefonun zəng çalır. Yanaqlarından nəsə isti bir şeyin axdığını hiss edirsən. Telefona tərəf sürünürsən,ekranda onun adını görüb bilmirsən sevinəsən ya kədərlənəsən. Əlin əsə əsə açırsan.....