DƏNİZ KƏNARINDAKI evin sahibəsi" hekayəm tam versiya
İyun ayının əvvəlləridi .Artıq turistlər uzaqlardan istirahət üçün bizim rayona gəlməyə başlamışdılar .Burda gözəl mənzərə olur yay vaxtı qağayıların səsi, yayın həzin küləyi bütün dərdləri unutdurur insan övladına başqa bir dünya bəxş edir . Buraları uşaq vaxtı tək gəzməkdən qorxurdum hər zaman , gəzmək istəyərkən atamdan xahiş edərdim ancaq bu gözəl və bəxşedici görsənən dəniz onu öz sularına qərq edib , ömrünü sona çatdırdı .O balıqçı idi .Qışda dolanmaq üçün bu qəsəbəmizdə tək çarə balıq ovu idi .Atam da bir gün həmişəki kimi qayıqla balıq ovuna getmişdi və məsələnin sonu hər kəsə aydındır yəni ölüm xəbərini aldıq .Ondan sonra bizim üçün yaşamaq bir azda çətinləşdi , mən balaca 8 yaşlı qızcığaz və tək anam .Bizə bu çətin vaxtda qonşuluqda Tofiq dayı var idi o dövlətdən yardım düzəltməyə kömək oldu .Beləcə mən hər uşaq kimi olmadım hər gün səhər yuxudan oyanıb məktəbə gecikmədim, sinif dostlarım olmadı , müəllimələrim , müə