...Ayaqlarımda güc qalmadığından özümü dayandırdım, ətrafa göz gəzdirəndə parkda olduğumu gördüm. Bu park evimdən çox da uzaqda olmayan bir park idi. Ətrafda oturmağa skamyalar axtarırdım, hər kəs qəribə sima almışdı: bəzilərinin sifəti tamamilə qaralmış, ağzı, burnu, gözləri yox idi, bəziləri ağzı gülərkən gözləri ağlayırdı, bəzilərinin də sinələrinin sol tərəfi, ürəklərinin olduğu yer kürəyinə qədər deşilmişdi və içərisi boş idi.
Mən də oturmağa skamya axtarırdım. Bütün skamyaları dolu olmağı, məni bayaqdan bəri çəkindiyim adamın yanında oturmağa məcbur etdi. Adam üzünə maska taxmışdı. Maskanın iki rəngdə idi və mən bu rəngləri ömrümdə ilk dəfə görürdüm ya da elə gəlirdi. Sadəcə gözləri olan yerdə deşiklər var idi və həmin yerlərdən boz rəngli işıq çıxırdı...