Adım Rodidir , 26 ildir Polşanın Poznan şəhərində yaşayıram. Anam mən doğularkən ölmüş , atam isə xəstəliyi ilə iki illik mübarizənin ardınca 16 yaşımda ikən dünyaya gözlərini yummuşdur. Çox seçim şansım olmayıb həyatda. Halhazırda məşğuliyyətim oğurluqdur. Bu yerdə bir ümid Robin Hood kimi varlılardan oğurlayıb , kasıblara payladığımı zənn edə bilərsiniz. Ancaq heç elə bir niyyətim olmayıb , həyatda qalmaq üçün oğurlayırdım sadəcə. Hədəfim adətən qarşı çıxa bilməyəcək zəif insanlar olur , onları seçməkdə mənə ən yaxın və yeganə dostum olan Denis yardım edir. Dediyim kimi , heç vaxt seçim şansım olmayıb. Ailəmi seçə bilməzdim , bu şərtlər altında yaşayacağım həyatı və işimi də seçə bilməzdim. Ancaq hər şey bunlardan ibarət deyil. Bütün bu çirkabın içinə bir yerə qədər batıram , bir yerə qədər oğurlayıram və bir yerə qədər pisəm - Araza qədər. Araz mənim saf və təmiz qalan üzümdür , mən Araza qədər çirkliyəm.