Xoş günərimin biri idi. Meşqdən cıxmışdıq. Dostumun semaşkada işi
olduğundan ora getməli olduq. Tibb Universitetinin qarşısında
svetoforda dayanarkən gözəl bir qız gördüm. Universitetden çıxırdı.
Dostumdan onunla gedə bilməyəcəyim üçün üzr istəyib maşından
cıxdım və yolu keçmək istəyən qızla qarşı-qarşıya durdum. İnana
bilmirdim. Sanki xəyalımda yaratdıgım ideal qadın obrazı canlanmışdı.
O gözlər, o dodaqlar, o saçlar, o.., o.., hər şey o idi. Lakin bilmirdim ki,
o, mənə məxsus deyil. Onunla tanış olmaq istədim. Mənə sevgilisinin
olduğunu dedi. Inanmadım. Onu əlimdən buraxa bilməzdim. Həyatım
boyu xəyalımda yaratdığım ideal qadin artıq yanımda idi. Onu nece
buraxa bilərdim axı. Onun narazı olmasına baxmayaraq onu evlərinə
kimi ötürdüm və sabah gözləyəcəyimi dedim. Səhəri gün dərsə
gedərkən yaxınlaşdım. Ona yenidən tanış olmaq istədiyimi bildirdim.
Mənə “hə“sinin verildiyini dedi. Bu yaxında nişan da olacagını söylədi.
Yenə inanmadım. Bu zaman o, bu barədə sevgilisinə deyəcəyini dedi ve
meni döyülməklə hədələdi. Artıq heç nə vecimə deyildi. Yalnız onu
düşünürdüm. Sanki ondan başqa düşünəcəyim bir şey yox idi. Bir neçə
gün də belə keçdi. Hər gün ona yaxınlaşıb taniş olmaq istədiyimi
deyirdim. O, isə menə yox cavabı verirdi. Nəhayət bir gün mənə “ səni
sevdiyim oğlanla görüşdürmək istəyirəm“ dedi... 3 gündən sonra saat
2-də filan yerdə. Sən, mən və sevgilim görüşüb söhbəti həll edərik.“
Razılaşdım. 3 gün sonra həmin yerdə görüşdük. Qarsımda dəliqanlı
sevgilisinə görə hər şeyə hazır olan birisini gördüm. Qız da gəlmişdi.
Qız and-aman elədi ki, oğlan dava salmasın. Hər şeyi sakitliklə həll
etsin. Oğlan razılşdı. Məndən nə istədiyimi soruşdu. Dedim ki, ”qızı
sevirəm, onu kimsəyə vermək fikrim yoxdu. Bir addım da geri çəkilən
deyiləm.” O, da mənə qızı sevdiyini ve qızın da onu sevdiyini dedi. Artıq
dünən nişanlandıqlarını da bildirdi. Bir neçə aya toyları olacağını da
söylədi. Həmişəki kimi yənə inanmadım. Mənə üzüyü göstərdi ve and
içdi. Gözlərim qaraldı, başım fırlandı, sanki ruhum bədənimdən
çıxmışdı. Mənim özümə gəlməyimi gözləməyib oğlan yenidən soruşdu:
Daha nə istəyirsən? Daha nə istəyə bilərdim ki, Son dəfə qızın gözlərinə
baxaraq „heç nə“ dedim... Üstündən bir neçə gün də keçdi. Qızı unuda
bilmirdim. Onun başqasına məxsus olduğunu qəbul edə bilmirdim.
Həyat mənə cəhənnəm görünürdü. Hər gün stress, hər gün sıxıntılı
anlar, hər gün fikir, xəyal. Meşqdən ayrıldım, dostlarımdan uzaqlaşdım.