Bölüm 1

3 0 0
                                    

Artıq olanlara necə reaksiya verəcəyini itirmişdi bədənim.Ağlayarkənmi incikdir insan yoxsa gülərkənmi?İtirmişdim mənliyimi büs-bütün . Sanki zəhərlənmişdi zehnim,ruhum.Bitirmişdim yaşamı beynimdə.Artıq özümlə böyütdüyüm balığı belə yemləmirdim.Hər səhər onu yemləmək üçün belə olsa qalxırdım yataqdan.Artıq məni həyata bağlayan tək şey vardı.Hər səhər onun bağlılığı ilə oyanırdım.Gülməlidir.Hər səhər onu arzulayaraq oyanırdım.Onun ətrindən darıxaraq.Amma tütün yandırmaq üçün yataqdan qalxmağa ehtiyac yoxdur.Bütün meylim ona tərəfdi.Zəhərli həzzim tütünə.Həyat necədə acımasızdır.Yastıq ən böyük rahatlığım,yorğansa müdafiəmdir.Çoxmu pessimistəm?Axı son 3 ildə itirdiyim hər şey həyatdı.Həyat dedyim hər şeysə itirdiklərim.Ata ,dostlar, sevgi,bəzən hörmət.Daha çoxda hörmət.Maraqlarım,ümidlərim,fikirlərim,xəyallarım.Artıq hamısı bir küllükdü.İndi isə yaşamağa məcbur bir bədən və aciz bir ruh qalmışdı.Diri bir beyində ölü düşüncələr vardı.Hər an dayanmağa məhkum bir ürəkdəysə o qalırdı.Hələdə o.Nəysə bütün bunlar indi sadəcə lazımsız düşüncə yığınıdır.Ehtinasız, lazımsız və boş.Görəsən bu fikir küllərindən ölmədən qurtulmaq olarmı?Morfin olmadan necə qurtulmaq olar?Necə?

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jul 31, 2021 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

MorfinHikayelerin yaşadığı yer. Şimdi keşfedin