"Güzgüdə özümə baxmağa zəhləm gedir, amma saçımı baxmadan da kəsə bilmirəm. Elə də uzun deyildi amma yenə də, kəsəndə istəyirəm özümün bəyənəcəyi bir formaya sahib olsun.
Qayçıyla işim bitdikdən sonra özümə son nəzəri yetirdim. Daha çox özümə bənzəyirdim indi. İstəmsizcə gülümsəmiş və artıq bir parçam olmayan yerdəki saçlarıma baxdım. Üstümdəki yük qalxmışdı sanki. Bilirdim problemim saçlarım deyildi, amma özümə yad olmaq da məni dəli edirdi.
Ətrafımı təmizlədikdən sonra otağıma keçə bilmişdim. Yuxum gəlirdi amma həm də gəlmirdi. Buna görə də dəftərimlə telefonumu götürüb yatağıma keçmişdim.
Bilməyimə baxmayaraq telefonuma yeni bildirim gəlibmi, ya da mesaj deyə baxdım. Amma
əlbətdə ki heç bir şey yox idi. Artıq əvvəl ki kimi
məni qəmləndirmirdi bu. Bunun da fərqindəydim ki
heç vaxt yaxşı biri olmamışdım, olmayacağdım, öz hekayəmin mənfi baş rolu idim.Amma nə bunu özümə dərd edirdim nə də düşünürdüm. Tək doğulur və tək
ölürük, yaşadığım müddətcə də təklik pis deyildi. Sadəcə insan xisləti olaraq, arada bir necəsən sualına ehtiyac duyurdum.Çox az. Nadirən.
Telefona boş-boş baxmağı yığışdırıb, söndürdüm və dəftərimi əlimə aldım.
Yenə eyni şeyləri təkrar edəcəkdim, amma başqa nə danışacaq fikrim var ki? Pessimizm, melanxoliya, təklik, sevgisizlik, qəddarlıq... bunları bilirdim ancaq, başqa bir mövzuya biliklərim yetmirdi.
Əvvəllər gözlərim yaşla dolardı, indi isə heçnə hiss etmirdim, sanki bütün ruhum və hislərim çəkilmişdi
məndən.Agressif şəkildə saçımı dartdım. Heçnə hiss etməmək məni çilədən çıxarırdı, tək tanış hiss əsəb ve agressiya idi.
Dodaqlarımı çeynəyə çeynəyə yazmağa başladım, və bitmirdi. Yazarkən nə yazdığımın fərqində olmur sadəcə yazırdım. Fikrim ayrı yerlərdə idi.
Günümü belə keçirmişdim. Ən sonda isə durub sevdiyim bir içkiylə günümü sonlandırmışdım. Başqa edəcək nəyim vardı? Ən yaxın dostlarım, içki, kağız və qələm idi.
Qayçını da unutmamalıyam".
Oturduğum kresloda özümə daha rahat pozisiya tapmağa çalışırdım. Yanımdakı qız, sakitcə oturmuşdu, sanki dilini udmuşdu. Əvvəl tanıdığım Pəri ilə indi yanımda oturan dinməz Pəri arasında qalmışdım. Sanki Pərinin yerinə təmiz başqa biriylə oturmuşdum.
"Necəsən?" yavaşca soruşdum, bizi bir oturmağa məcbur eliyən dostlarımıza yenə sıxıldığımı bildirən bir baxış atmışdım.
"Yaxşıyam, çox sağol, sən necəsən?" o da, çox sakit şəkildə soruşmuşdu.
Çiyinlərimi çəkərək ona cavab vermiş oldum, yanında oturmaqdan belə narahat olurdum. Çünkü tanıya bilmirdim.
Pəri sadəcə başını sallamışdı, baxışları isə məndən başqa hər şeydə idi.
Digər tərəfimdə oturan Saraya döndüm: "Bilirsiz ki mən Pəriylə danışmıram, buna görə çağırmısız bizi bizdən xəbərsiz?" Əsəbimi cilovlaya bilməmişdim, narahat idim.
"Pəri bilirdi, sənə deməmişdik." Saranın bilmiş şəkildə gülümsəməsi normalda məni əsəbləşdirərdi,amma başqa bir məqam mənim diqqətimi cəlb eləmişdi.
Baxışlarım Pəriyə çevrildi. Yenə mənə tərəf baxmırdı. Düşünmədən ağzımdan qaçan sözlərlə isə baxışlarınə axır ki mənə çevirmişdi: "Bəlkə barışaq?"
Pərinin ifadəsi dəyişməmişdi, amma uzun müddətdi görmədiyim yarımağız gülümsəməsini axır ki görmüşdüm: "Seçimi sənə buraxıram Dahi."