Qısa izah

13 2 0
                                    

Süjet xətti mənim təxəyyülüm əsasında yazılsa da, baş verənlər və mövzunun məğzi tamamilə gerçəklərdir. Unudulan və üstü tozlanan gerçəklər.... Üstü örtülən?

Çalışacam ki, öz adlarından istifadə edim. Bəzi ikinci dərəcəli xarakterlər olacak əlbət ki. Lakin dediyim kimi gerçəklər olduğu kimi əks olunacaq. Yəni bunun üçün çalışacağam.


Bildiyiniz kimi, 13 il əvvəl- 30 aprel 2009- dəhşətli bir faciə yaşanmışdı. Bunu törədənlər və məqsədləri barədə bir çok şayiələr yayılsa da, hamı tərəfindən bilinən bir gerçək var idi: Orada ölən və yaralananlar insan idi. Gələcəyin və ya dövrünün dahiləri, çıraqla axtarılacaq beyinlər və hər biri ailənin fərdi olan insanlar. Hansı ki bugünkü tarixdə onlar unudulub, günahkarlar layiqli şəkildə cəzalandırılmayıb.

XXI əsrdə ölkəmizə qarşı törədilən ilk terror aktı olan bu hadisə haqqında canlı şahidlərdən əldə olunan məlumatlar təkzib edilmədi.

Qeyd etmək istədiyim bir çox nöqtələr var, lakin bunları hekayənin gedişatında göstərmək istəyirəm. Ümid edirəm ki, bunu sizə düzgün şəkildə çatdıra biləcəm. Bu mənim Tanrıdan xaişimdir.


Onları unutmayaq. Çünki, unutulmağa layiq deyillər.

ADNAHikayelerin yaşadığı yer. Şimdi keşfedin