2005-Savalan

5 0 0
                                    

İlk hissəni daha uzun tuta bilmədim illərin uygunsuzluğuna görə. 

İLK BÖLÜM- 2005

Savalanın telefonuna gələn zəng onu saki yuxusundan ayılmasına məcbur edirdi. Bir neçə saniyə sonra bu arzusuna nail olmağı da bacarmışdı.

Gözlərini çətinliklə açmağa çalışan gənc, telefonunu almaq üçün əlini ətrafa doğru uzatmağa çalışdı, lakin, hələ də tam ayılmayan beyini onun telefonu tapmağını ləngidirdi.

"Lənətə gəlmiş. Kimdir axı bu belə?!" Bir tərəfdən ağzının içində deyinərək, bir tərəfdən də ayağa qalxmağa çalışırdı. Təbii ki telefon bu müddətdə sönmüşdü. Amma o hər kim idisə ısrarla yenidən zəng edirdi.

Nəhayət əlinə aldı və zəngi cavabladı. O qədər yuxulu idi ki, nömrənin kimə aid olduğuna belə fikir verməmişdi. Tək istədiyi danışıb bitirmək və isti döşəyinə qayıtmaq idi.

"Savalan! Abituriyent jurnalı çıxıb. Nəticələrə baxa bilərik artıq. İş nömrəni götür və bizə gəl, bir yerdə baxaq."

Dəqiqələr öncə gözlərini açmaqda çətinlik çəkən gənc, bu xəbərlə birlikdə yataqdan böyük şövqlə qalxdı və bacısına bu xəbəri çatdırmaq üçün otağı tərk etdi. Təbii telefondakı sinifyoldaşı ilə sağollaşdıqdan sonra.

"Bacı, nəticələr açıqlanıb. Mən Muradgilə gedirəm, iş nömrələrini yazıb onlara yoxlayacağam."

Bacısı qarşısındakı gəncin həyəcanına ortaq oldu və ona mətbəxdən su gətirdi. Bu gün böyük günlərdən biri yaşanırdı, xüsusilə də abituriyentlər üçün. Gələcəklərində önəmli rola sahib olan peşələrinə addımlayırdılar. Çünki, onlar buna layiq idilər. Digər bütün gənclər kimi.

Evdə səhər yeməyini yedikdən sonra- bunu anası və bacısının təkidi ilə etmişdi- Muradgilə gəlmişdi və indi qarşılarına aldıqları jurnalda adlarını axtarırdılar.

"Murad! Murad tapdım. Budur bax, Cabbarov Savalan."

O gün dostugildən sevinclə evə necə gəldiyinin fərqində deyildi. Tək bildiyi evə gəlmək və bu gözəl xəbəri ailəsinə çatdırıb onlarla xoşbəxtliyini paylaşmaq idi.

Çünki əziyyətləri və yuxusuz gecələri nəticə vermişdi. Bəzən büdrəsə də, əhvalı korlanıb özünü itirsə də, ayaqda qalmağı bacaracaq gücü özündə tapmağı da bacarardı.

Evə çatana yaxın məhəllədəki maqazinin qarşısında ayaq saxladı. İçəri daxil olub sevincini bölüşmək istədi. Axşamı gözləmək istəmirdi. İri addımlarla və qəlbindəki həyəcanla atasının yanına yaxınlaşdı. Atası işi ilə məşğul olsa da, dükkana bir kəsin gəldiyini görüb əlini saxladı və başını qaldırdı. Qarşısındakı öz oğlu idi. Bu günlərdə onun həyəcanına ailəsindəki hamı kimi o da şərik idi.

"Üzün gülür haa. Xeyrola?"- deyə səsləndi qarşısındakı oğluna. Savalan atasının baxışlarını görərkən elə bir ağızda sevincinin səbəbini paylaşdı. "Ata, nəticələr açıqlanıb. Azərbaycan Dövlət Neft Akademiyası."

Cümləsini qurarkən səsindəki sevinci asanlıqla eşidə bilmişdi Allahverdi kişi. Bu onu çox sevindirdi, oğlunu qucaqlayıb öpdü. Savalan isə xudahafizləşdikdən sonra evə getdi.

Beləliklə, Savalanın çətin və maraqlı, əziyyətli və sevincli günləri başlayacaqdı.

Tələbəlik illəri. 

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Aug 02, 2022 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

ADNAHikayelerin yaşadığı yer. Şimdi keşfedin