i k i

25 2 1
                                    

"Qana Bulanmış Kəpənək"

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

"Qana Bulanmış Kəpənək"

Noyabr ayının sonları, buludların arxasında gizlənmiş Günəş, Xəzər dalğalarının yaratdığı səs, yem tapmaq arzusuyla asfalta yaxınlaşan quşlar, Yaşar və Yasmin. Yaşar qışın özü ilə birgə gətirdiyi soyuğa rəğmən cəld addımlarla küləyin əksinə doğru yeriyir, bir tərəfdən də arxasınca gedən Yasminin söhbətinə qoşulmağa çalışırdı.


"Səni bu vəziyyətdə çölə çıxardığım üçün özümü pis hiss edəcəm".

"Məncə də, etməlisən", dedi Yaşar. Hərarətli bədəninin onu daha nə qədər daşıyacağı maraqlı gəlirdi ona.

Yasmin bir-birindən fərqli suallarına cavab axtarmağa davam etdi:

"Səncə, insanlar niyə sevdiklərinə əziyyət verməkdən xoşlanırlar?"

"İnsan birini həqiqətən sevərsə, əziyyət vermək bir yana, sevdiyi insanın əziyyət çəkməsi belə onu incidər. Əgər əziyyət verməyi sevirsə, ya psixi xəstədir, ya da eqosunu oxşama ehtiyacı duyur. Və həmin insanı, əslində, sevmir".

"Bəs... bəs əziyyət çəkən insan niyə getmək yerinə onun yanında qalmağı üstün tutur?"

"Qorxur çünki. Bir gün itirər deyə. Amma çoxdan itirdiyinin fərqində deyil".

"Bəs sən?"

Yaşar bu suala cavab vermədi. İrəliləməyə davam etdi. Əvvəlkinə nəzərən daha yavaş yeriyirdi.

Bədəni getdikcə ağırlaşır, dəqiqədə atdığı addım sayı azalırdı. Bunu görən Yasmin arxasından yaxınlaşıb sakitcə qoluna toxundu:

"Mənə güvən, belə daha yaxşı hiss edəcəksən".

Yaşar qəfil addımlarını saxlayınca Yasminin Yaşarın arxası ilə toqquşması qaçınılmaz idi.

"Yoruldum, - üzünü Yasminə tərəf çevirdi, - bir addım daha atsam, buraya yıxılacam".

"Tutaram səni".

"Birlikdə yıxılarıq".

"Olsun", dedi və Yaşara böyük bir gülümsəmə bəxş etdi. Yaşar elə olduğu yerdə dizləri üzərinə çökdü. Yasmin ona bir az daha yaxın duraraq çənəsini ovucları arasına aldı.

"İstiliyin azalıb", gülümsədi.

"Üşüdüyümə görə".

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jul 20 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

SarsıntıHikayelerin yaşadığı yer. Şimdi keşfedin