jujutsu orta məktəbində dialoq, 1-ci pərdə

25 0 0
                                    

İtadori: Gojo müəllim, bu gün neyləyəcəyik??

Gojo: ... bu gün ağızdan kağız çıxarmağı öyrənəcəksiniz, uşaqlar~~

Megumi: ... [•_•]

Nobara: mən onu bacarıram, siz bu qaymaqlara öyrədin. Ahhahahahaha

İtadori: doğrudan? *Gojoya*

Gojo: yox, mən yemək yeməyə gedirəm, ac qarnına fikirləşmək olmur, sonra baxarıq hehe

İtadori: hah! ... Mən də yemək almağa gedirəm kim nə istəyir??

Nobara: MƏN-MƏNƏ SƏBZİLİ AŞ, ŞAFTALI KOMPOTU, BİR DƏ PAXLAVA GƏTİRR!!

İtadori: az, səndən soruşan oldu??! Hambalın var?!.. Megumi, nə yemək istəyirsən?

Megumi: hmm.. göyərti qutabı, bir də albalılı yoqurt.

İtadori: indi gətirərəm^∆^

Nobara: [!] puah?? ala, heç lazım da deyil sox gözünə özüm götürərəm!! Əvəzində bizə yeni tapdığım lənətli fəndi göstərmək istəyirdim, bundan sonra ayhay görərsiniz, gicbəsərlər!!!

İtadori: ay nə danışırsan, göstərmirsən cəhənnəmə qara da gora... Getdin?? Dayan da, məni də gözlə nə fənd idi elə, gözlə də birrr

Yeməkxanada

Gojo: hey! uşaqlar, necəsiniz?

İtadori: Gojo müəllim, biz də bayaq gəldik nobara ilə, nobara aş al- ... Nobara?? Hara getdi bu?! Heç fəndin nə olduğunu da demədi.

Gojo: al bunu saxla, mən indi gəlirəm. *Direktorun yanına getdi*

İtadori: yaxşı. Bu nədir belə hədiyyə alıb kiməsə? *paketi eşələyir*

Gojo: hədiyyə deyil, Bakının ən yaxşı şəkərburasıdır, təkcə mənim üçün. *Əlini çiyninə qoyub*- ancaq istəsən 1 dənə götürə bilərsən, yaxşı, birini də megumi üçün^.^

İtadori: hmm doğrudan da qəsəngdr mmhh gedm megumiyə d verm, nobara mərdimazar gəlməmiş aaaaa çox dadlıdır, yumşaqdır~~

Nobara: *qaça-qaça gəlir* İTADORİİİUİ, O NƏDİR ƏLİNDƏ *təngənəfəs* VER MƏNƏ DƏ GÖRÜMM

İTADORİ: ÇƏK ƏLİNİ AAA MƏNİM DEYİL, GOJO MÜƏLLİMİNDİR. HEÇ MƏNİM DƏ OLSA VERMƏZDİM SƏNƏ. GOJO MÜƏLLİM DEDİ ÖZÜNƏ BİR DƏ MEGUMİYƏ BİR DƏNƏ GÖTÜR, MƏN ÖZÜMÜNKÜNÜ YEDİM BU DA MEGUMİN-

Nobara: * paketin qalanını İtadorinin əlindən qapıb qaçdı* HEHEHEHEHAHHEHEHHSJSHSKSJN

İtadori: AZZZZZ!!! SƏN ƏLİMƏ DÜŞSƏN ÖZÜNDƏN KÜS, DEDİM ONLAR MNƏİM DEYİL GOJO MÜƏLLİMİNDİRRRRR. *öz özünə deyinir*- mənə deyən lazım kimə deyirsən. GOJO MÜƏLLİMƏ ÖZÜN CAVAB VERƏRSƏN. ... *otağa qayıdır* Megumi, tərsliyə bax, nə göyərti qutabı varıydı nə də albalılı yoqurt. Onların yerinə ət qutabı bir də ərikli yoqurt götürdüm, ümid eləyirəm bunları da xoşlayırsa- ... Megumi?? Yatdın təzədən? İndi açılıb axı səhər bu qədər yatmaq olar?? Dur ay tənbəl şoğərib *gəlib meguminin çarpayısında onun yanında oturur* həm də bax Gojo müəllim şəkərbura da verdi, deyir Bakıda ən yaxşısı budur, bilirsən o şirin şeyləri çox sevir, ola bilsin onun üçün şirniyyatların hamısı ən yaxşısıdır, əsas da şəkərbura. Hehh~~ Ancaq bilmirəm sən şəkərbura xoşlayırsan ya yo-

Megumi: *yuxuda ola-ola çarpayıda itadori tərəfə fırlanır* mmmhhh

İtadori: [!] *Meguminin alnına düşən saçını görüb onu çəkir*

[səssizlik]

İtadori: *üzünü meguminin qulağına yaxınlaşdırıb bir yandan da açılmış üstünü yorğanla örtür* *pıçıltı ilə*-megumii, qutab soyuyacaq, içindəki yağ donsa onu çətin yemək istəyəsən, heç mən yeyə bilmirəm elə olanda. Bax durmasan yoqurtu özüm ötürəcəyəm içəri, gözüm qalıb onda, axırıncı olmasaydı soyuducuda, birini də özümə götürərdim. Ooffff duracaqsan ya yox?? Bu gün 2-ci siniflərlə görüşüb xüsusi dərs keçəcəyik bilirsən ki bir az gözləməyə məcbur olan kimi qoca arvadlar kimi deyinməyə başlayırlar, əsas da saçı at quyruğu olan. ... *üzünə pıçıldayır* Megumi, oyan!!

Megumi: *ağır nəfəs alır*

İtadori:  megumi dəqiq durmayacaqsan bu gün? İstəyirsənsə gojo müəllimə samballı orijinal unikal heç yerdə eşidilməyən, təptəzə bəhanəmi deyə bilərəm. Təkcə səni yox məni də bu günlük artıq dərsdən azad eləyər~~  razılaşırsansa gojo müəllimə dey-

Megumi: *yavaş səslə* deyəsən sən məndən çox qalmaq istəyirsən otaqda, hə??

İtadori: *bir az həyəcanlıdır* dediklərimi eşidirdin? nə vaxtdan oyaqsan??

Megumi: ürəyimi bulandıran ət qutabının iyi gələndən. Nobarayla davanızın səsində də yatmaq mümkün deyil, ona görə çoxdan oyağam.

İtadori: yaxşı, *ayaq üstündə* onda sən əynini dəyişənə qədər mən çöldə gözləyəcəyəm. Gələrsən sən, hələli-

Megumi: *qolundan tutur* mənə heç nə demək istəmirsən?

İtadori: *udqunur* nə isə deməliydim bəyəm? Özün demədin ki hər şeyi eşidirdin?

Megumi: ancaq mən yatmış rolunuəbir az da davam etdirsəydim sənin mənə daha çox şey deyəcəyini fikirləşirdim... *əlini çəkir*

İtadori: hıhh yox, elə də vacib şey deyildi-

Megumi: əynimi dəyişib gələcəyəm sizin yanınıza, oldu?

İtadori: haa, a yaxşı! Yaxşı, mən çıxdım. *qapıdan çıxır*

Nobara: hmmm, ikiniz neçə saatdır nə pıçıldaşırsınız meguminin otağında?? Nə qədər qulağımı dirədim, qulağımın zəri düşdü, bir dənə də danışığınızı eşitmədim pfft

İtadori: burnunu hər yerə soxma

Nobara: jggjuahaaga mənim nəyimə lazımdır 2 bədbəxt bir yerdə nədən danışır.

Gojo: hə, uşaqlarrr dərsə az qalıb indidən getsək yaxşı olar. Hah! İtadori, sənə verdiyim əmanəti neylədin?

Nobara: *guya heç nədən xəbəri olmayan adam kimi yerində durub*

İtadori: *soyuq tər basıb nobaraya baxır*

...

1-ci pərdənin sonu teeheeᕙ('▽´)ᕗ

You've reached the end of published parts.

⏰ Last updated: Nov 23, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Jujutsu Kaisen: jujutsu orta məktəbində dialoq ⅓Where stories live. Discover now