Boş,ümidsiz gözləri ilə gələcəyə gedən yola 1 addım da atdı,məktəbə həmişə vaxtından tez gedərdi.o sakit,öz dünyasında musiqilərə və kitablara sığınan yeniyetmə idi.Heç bir dostu yox idi.Sinifdəkilərlə danışmaz,danışdıqlarıyla da maraqlanmazdı.
"Sweatshirt "ün papağını başına taxdı,musiqiyi söndürüb,qulaqcığını çıxarıb boğazından asdı.
Sinifə girəndə isə sakitcə 3 cü partadakı pəncərə qabağındakı yerinə keçdi.Heç kimi fikir vermədi,sanki sinfə heç kim gəlməmişdi.Çünki o böyük bir Heç kim idi.Varlığı ilə yoxluğu bilinməyən heç kim!3 cü partadakı yerində tək oturardı.Günəşin zəif şüaları üzünə düşərdi.O isə maskasıyla üzünü bağlayar,açmağı sevməzdi.Sinifdəkilər də onu sevməzdilər.Digər ətrafındakıların isə onun varlığından da xəbəri yox idi.
Onların fikrincə o , hissiz, gülməyi bilməyən ,sadəcə nəfəs Alan bir canlı idi...
Heç nə ilə maraqlanmazdı,heç kim də onunla maraqlanmazdı.Hər kəs tənəffüsdə dostları ilə oyun oynarkən,danışıb gülərkən,o sakitcə başını partaya qoyar,partaya rəsmlər çəkərdi.Boş dərslərdə və fiziki tərbiyə dərslərində də hər kəs əylənər,o qulaqcığını taxar,kitab oxuyar və günlüyünə nə isə qaralayardı...
Uşaqlar onun yanından keçər,bəzən də ona qəlbqırıcı sözlər deyərdilər.Fikir verməzmiş kimi göstərərdi,amma qulaqcıqlarında musiqinin səsini artırar,içindəki bütün hisləri qəlbinin dərinliyinə gömməyə çalışardı.Evə metroyla gedib gələr,elə orda da "Sweatshirt "ün papağı arasında insanlardan gizlənərdi.Musiqi açar,sadəcə düşünərdiDərslərdə utandığından cavab verməzdi.Amma hər şeyi bilirdi.
Evə gələr tək,qaranlıq otağında ay işığında yüksək səslə qışqıra qışqıra mahnı oxuyardı,bütün əziyyətləri bu səsin ardında gizli idi....
Sonra yenə eyni sakitliyə dönər,dərsləri oxuyar,qalan vaxtı komputerdə nə isə edərdi.Bununla da derdlerini unutmayı ümid ederdi
![](https://img.wattpad.com/cover/293536531-288-k499288.jpg)
ŞİMDİ OKUDUĞUN
Gözlərin dərinliyində:yeni ili gözləyən ümidlər
Teen FictionBaş rolda həyatını gözlərinin dərinliyində gizləyən yeniyetmənin ağ-qara həyatını oxuyucuya çatdırmaq istədik.Ümid edirəm bəyənərsiniz