Xəyallarınızın Şəhzadəsi..

199 11 2
                                    

Toxunacağım mövzu Yəgin ki hər birimiz üçün tanış mövzudur.. Bir qız və Bir oğlan münasibətindən danışmaq istərdim.. Oğlanın "xəyalındakı qız" sən olursan və hər şey burdan başlayır.. Gəlin hər şeyin hansı ardıcıllıqla getdiyinə nəzər salaq.
Bayaq dediyim kimi bir çoxlarını bu hal ilə qarşılaşıb. Bəli bu reallıqdır. Ama boynunuza alın.. 65 faiz hallarda bu insanla münasibətin axırı ayrılığa gətirib çıxarıb. Bir neçə hala baxaq. Siz bir qızı sevirsiz. Hər dəqiqə onun üçün darıxırsız. İşə və ya dərsə onu görmək ümidi ilə gedirsiz. 1 ay 2 ay.. 6 ay.. Və artıq ona etirafınızı edirsiz.. "Nərmin sən mənim xəyallarımdakı qızsan... Sən mənim idealımsan və s." qız sizə hə demir və siz bir neçə ay da onun nazını çəkməklə kifayətlənirsiz. Bu sizə xoşdu axı o sizin xəyallarınızdakı qızdı.. Nərmin sizin sevgilinizin sonsuz olduğunu düşünüb həyata sizinlə davam etmək üçün addım atır. Və budur siz ideal cütlüksüz. Hər yerə bir gedirsiz.. Qohumlar tanışlar hər kəs Nərmini sizin üçün ideal qız sanır. Birdən soyumağa başlayırsız. Niyə? Nə səbəbə? Axı o sizin xəyallarınızdakı qız idi! Günlərnən qız sizə yazır siz sadəcə soyuq davranırsız.. Artıq bu münasibətin bitməsini arzu edirsiz.. Və Nərminin qarşısına keçib "Nərmin biz artıq davam edə bilmərik mən səni sevirdim fln.." təbii ki qız ağlayır səbəbini soruşur ama səbəbi izah edə bilmirsiz və ayrılırsız. Təbrik edirəm! Siz bir qızın ürəyini qırdız.. niyə? Bəlkə sizin "xəyallarınızdakı qız" Nərmin deyildi? Bəlkə o dəyişdi? Bəlkə siz dəyişdiniz? Nə? Nə? Nə oldu axı?! Sizcə bu münasibətin sonunun səbəbi nədir ki?.. Görəsən harada səhv etdi? Etiraf edərkən? Yoxsa onun nazını çəkərkən?.. Bəlkə onu kiçik arzularının, böyük xəyallarının qəhrəmanı etdiyi an? Və siz əminsiniz mi ki əsil sevgilər belə yaşanır? Və əsl sevgilər belə bitir?.. Bəlkə hər şeyin səbəbi zamandır? Bəlkə də hər şeyin səbəbi hər bir halda səbəb axtarmaqdı? Bəlkə sadəcə hər şeyi boşuna buraxsaq daha sadə olar? Və yaşlıların dediyi kimi.. "yaşayıb görərik"..
Bəli, yaşayıb görəcəyik..

🎉 Вы закончили чтение Kiçik Arzular Böyük Xəyallar 🎉
Kiçik Arzular Böyük XəyallarМесто, где живут истории. Откройте их для себя