Ani Qətl

142 6 2
                                    

"Inanılmaz ...Bu dəhşətdir ...Kim edər ki belə vəhşiliyi ona . Günahsız birinə necə ...axı necə? Mənim də sualım sual oldu!Ölənlər günahkarmış kimi...Bu həyatda onun tək dayağı Azər idi. .Onu əlindən almağa heç kəsin haqqı yox. ..Cansız bədəni alıb buraxmaq istəmir. ..Necə deyim ver. .Axı necə? Müstəntiq insan deyilmi?. ..Tapmaq bu qədər çətinmi?...Mən söz vermişəm. ..Nəzrin,dostum, onun qatilini tapacam. ..Müstəntiq belə əngəl ola bilməyəcək. .Bunu o istədi ...Qətllər müxtəlifdir. Xəyanətlər kimi.Kimi dostun satır, kimi rəfiqəsinin ailəsinə göz dikir. ..Çox kitab oxumuşdum gəncliyimdə bu barədə, amma bu cinayətin sadə olmasına baxmayaraq daha ağır idi..Nəzrinin övladı yoxdu, qohumları yoxdu, indi isə həyat yoldaşı da yoxdu!...Onun rəfiqəsi olaraq can borcum var. ..Tapacam qatili "
Nərgiz bu sözləri özü- özünə deyib təsəlli verməyə çalışırdı. Uşaqlıq dostunun məhv olmuş ailəsinə yardım etmək üçün hər şeyi etməyə hazırdı. Evdə qalmış yoldaşını, körpə uşaqlarını unutmuş, bütün günü hönkürtü vurub ağlayan yaralı dostuna sarğı olmağa çalışırdı. Nə edə bilərdi axı? Detektiv əsər oxumaq qatili tapmağa kömək etməyəcəkdi. Həm kitabın detalları yadından çıxmışdı. .
"Düşün, düşün! Beyin,bir dəfə də olsun yaxşı iş gör! Qəlbi qırılmış dostumun yaralarını sarıya bilmək istəyirəm. Bərpa olunmayacağını bilə -bilə onun qəlbinə mərhəm qoymaq istəyirəm. ..O məni görmək istəmir, amma mən onun yanında olmalıyam. Düşün! Nə edə bilərəm? " Bir an dondu, sanki yadına nəsə düşdü. ."Bildim, kitablarda olduğu kimi o "detektiv"i tapacam.O da gəlib inanmadığımız birinə qatil deyəcək. .Acı verəcək, amma həqiqət! !Seriala bənzər həyatlar, ağrılar. ..Düşünməzdim ki, oxuduğum kitablardakı "detektiv"i axtaracam.Onu dəfn etməyə izn verməyəcəm.,ən azı o şəxsi tapana kimi "
Nərgiz sinəsindən çıxacaq kimi döyünən ürəyi ilə, kəsilən,titrəyən səsi ilə Nəzrinə yaxınlaşdı.
-Bir müddət daha onu dəfn etməyək. "Morq"a verək. Detektiv işləri açacaq
-Çəkil! Səni görmək istəmirəm. !Nə detektiv? Qatili axtarmaq üçün yarışa girən detektiv ilə müstəntiqi izləməyə halım yoxdur
-Müstəntiq yox!Onun sənə dediklərini unutmadım. Mən buna laiqlı detektiv tapacam. Səni, məni qatil adlandıran bir müstəntiqlə işim olmaz!
-Sən istəsən də, istəməsən də o bu işlə məşğuldur. Özünü mənim həyatıma salma.Detektiv nə edəcək? Onun gülüşün, mirvari dişləri arasından çıxan sözlərin, sevgi dolu baxışların geri qaytaracaq? Mən cavab verim. ..Yox!
-Amma
-Amması yoxdur! Get! Məni onla yalnız burax
Nərgiz məhv olmuş şəkildə kənarlaşdı. Gözlərindəki yaşı gizlətməyə çalışırdı, amma bu səfər olmadı. Səhər gördüyü o hadisə inanılmazdır. Azərin cansız bədəni evlərinin yanında, kolların arasında idi. Dəli kimi qışqıran Nərgizin səsinə bütün məhəllə yığılmışdır. Nəzrinə bu qara xəbəri Nərgiz vermişdi. Bəlkə buna görədə onu görmək istəmirdi. Müstəntiqin etdikləri isə inanılmazdır. Günahkarın ya Nəzrin, ya da Nərgiz olduğunu demişdi. Onları saatlarca sual-cavab etmiş,heç bir dəlil olmadığı üçün sərbəst buraxmışdı. Nərgiz Nəzrinin aramsız göz yaşlarını, arabir Azər deyə qışqırığı xatırlayır, xatırladıqca daha da pis olurdu.
"Kim? Axı hansı detektiv? Internetdə araşdırdığım bütün şəxsi detektivlər işin bəsit ya da mürəkkəb olduğunu araştırırlar, mürəkkəb iş üzrə çox pul tələb edirlər, həm mən onlara güvənmirəm. Bu iş mürəkkəb olmasa da mənim üçün çox vacibdir. ..Məncə ən yaxşısı Asif bəydir. Amma o da sonuncu cinayətdən sonra detektivlik işin atıb. Onunla şəxsən görüşməmişəm ,məqalələrin oxumuşam. Hər cinayətdən sonra bir məqalə yazar, bizi intizarda qoyardı. Nə qədər sual verib qatili soruşsalar da cavab verməzdi. "
-Alo, Tural, necəsiz?
-Yaxşı, sən? Nəzrin?
-Səncə
-Bilirəm
-Uşaqlar nə edir?
-Oturub cizgi filmi izləyirlər
-Sənin yardımına ehtiyacım var
-Buyur səni eşidirəm
-Mənə Asif Kərimovun ünvanın tap,birdə bir az borc pul
-Asif Kərimov ?Şəxsi detektiv?
-Bəli bir az cəld olsan sevinərəm
-Çalışacam, amma bunun borc pul tapmaqdan da çətin olduğunu bilirsən
-Sənə inanıram
-Yaxşı, özünə yaxşı bax
Telefonu söndürdükdən sonra Nərgiz yorğun bədənini divanın üstünə atdı. Uzun müddətdir yuxusuz qaldığı üçün o an yuxuya getdi və birdə 1 saat 10 dəqiqədən sonra telefonunun səsinə oyandı
-Alo,Tural?
-Nərgiz, tapdım
-Çox sağ ol .Gözlə bir kağıza yazım
-Cəfər Cabbarlı küçəsi, Mehdi Hüseynzadə bağına yaxın ,38
-Yaxşı bəs pul ?
-Evdədir, razılaşsa gəl apar.
-Hər şey üçün çox sağ ol..Uşaqları öp.
Səməd Vurğun küçəsindən 61, sonra da 52 nömrəli avtobusa minərək suallarına cavab axtardığı mənzilə ünvanlandı.
-Salam
-Salam, sən kimsən?
-Mən Nərgiz.
-Məni narahat etməyinin səbəbi? (Yorğun gözləri ilə Nərgizi süzərək )
-Mən sizə bir cinayət ..
-Sizə daha neçə dəfə deməliyik ki,bu işlə məşğul olmuram. Bəlkə alnıma yazım. ?indi get ! (Qapını Nərgizin üzünə çırpdı )
-Qulaq asın. Bilirəm o cinayətdən sonra heç bir cinayətlə məşğul olmursuz.Amma bizə qaranlıq qalan, müəmmalı cinayətə görə digər sizə ümid bağlamış insanlara yox deyə bilməzsiz!
-(Qapının arxasından bir səs )Bu mənim həyatımdır və qərarları mən verirəm
-Sizdən başqa heç kəsə müraciət edə bilmirəm. Çox pul istəyirlər, mürəkkəb iş axtarırlar və
-Mən sənə uzaqdan çox bəsit görünürəm deyəsən.Indi sadəcə pula görə yanıma gəlməyini və bunu üzümə vurmağın mənasızdır . Həm sənə deyəcəyim qiymətdən xəbərin yoxdur belə
-Siz səhv anladız!
-Indi də beynimə şübhə edirsən (Bu danışıq kilsələrdə sirri danışmaq üçün getdiyin filmə benzeyirdi)
-Xeyr, pul hazırdır. Onlara inanmıram və bu qədər miqdarı inanmadığım bir insana verməyə çəkinirəm doğrusu. Axı biz əllərimiz qabar -qabar olana dək işləyirik.
-Mən sizin dərdinizi dinləmək məcburiyyətində deyiləm. Tərk et buranı
-Anlamırsız!Mən Nəzrinə söz vermişəm. Məni qovsaz da ,burdayam. Dəmiri paslanmış qapınıza söykənib, baharın bütün gözəlliklərini məhv edən yağışın məni islatmasına izn verirəm.
Nərgizin ağlına məqalədə oxuduğu bir hissə gəldi
-Asif bəy, sizin üçün cinayətin bəsit və ya mürəkkəb olması vacib deyil.Axı siz özünüz cinayəti dəyərləndirirsiniz.Axı siz o cinayətə ad qoyursuz.Sonuncu cinayət barədə səs -küy saldılar. Siz müstəntiqə qalib gəlmişdiz,amma kimsə cinayətdən danışmırdı. Siz də susurduz. Bilirəm ağrı verir, amma deyəcəm ...Indi müstəntiq bizə qatil deyir, günahsızlara ...Buna susa bilərsiz?
-Mən müstəntiqlə mübahisə edib qalib gəlmişəm və onunla eyni işi araştırmıram daha...mən gördüklərimi görmüşəm. .Sənin kimi çox insan gəlib
(Nərgiz onun sözün kəsdi )
-Amma kimsə mənim qədər yalvarmadı..Müstəntiqin dedikləri içimi məhv edir. ..Siz daş qəlbli ola bilərsiz ,amma bu sizin işinizdir
-Mən bu işi çoxdan tərk etmişəm.
(Sonra səslər kəsildi )
-Mən səhərə qədər burda qala bilərəm, amma dostum evdə təkdir. O özünə xəsarət yetirsə buna dözə bilmərəm. .ömrümün axrına qədər özümü günahkar hiss edərəm. ..Sizin bizim işimizə baxmadıqda hiss edəcəyiniz kimi..Bura nömrəmi qoyuram .Sizi gözləyəcəm. ..
(Nərgiz getmək istəyəndə qapı açıldı. Asif bəy çox səliqəli görünürdü. Üzərində qara kostyum.Tünd mavi rəngli köynəyi də onu bur başqa ciddi göstərirdi )
-Məni günahlandırmaq haqqın olmadığını bilirsən, mən bu işə başlamamışam ki,özümü günahkar hiss edim
-Mən gələcəyinizi bilirdim
-Məni qızın yanına apar
-Yaxşı
Avtobus səyahəti bitdikdən sonra mənzilə yaxınlaşdılar. Yağış Nərgizi tamam islatmışdı.Asif bəy isə qara çətirin altında özünü buludların atəşindən qoruyurdu.
-Çətirimdən istifadə et deyərdim,amma səmimi olmayacam
-Istəmirəm çox sağ olun
Sükutla bir neçə addım daha addımlayıb mənzilə yaxınlaşdılar.
-Nəzrin, Nəzrin?
-Bəlkə yatıb?
-Siz burda gözləyin mən baxım .....
Aman Allahım ,Nəzrin ?
-Yenə sən?
-Asif bəy!
-Bəli
-Qorxduğum başıma gəldi. O özünə xəsarət. .
-Özümü öldürməyə çalışdım, amma olmadı.
(Asif bəy cibindəki dəsmalı çıxarıb onun yarasını sildi . Nərgizə otağı tərk etməsini söyləyib suallar verməyə başladı )
-Siz. .
-Nə siz? Detektiv? Ilk baxışdan anlamalı detektiv hər şeyi siz isə məni sual-cavab edirsiz
-Nə deyəcəyimi belə bilmədən necə bu qədər rahat danışırsız?
-Mənə oyuncaq qatillər gətirməyə çalışmayın.Bu həyatda 2 dayağım vardı mənim, biri Azər biri də Nəzrin. Bir qolu qırılmış insan necə yaşar? Nəzrini görmək mənə əzab verir. O mənə kimsəsiz olduğumu xatırladır. Məni Azərə görə tərk edən valideynləri, bu vaxta qədər yaşadığım hərşeyin yalan olduğunu xatırladır .
-Düşman.
-Yenə eyni suallar. .Yox, yoxdur. Indi gedə bilərsiz.?
-Otağı araştırmalıyam
(Bir az əşyalara baxdıqdan sonra, kostyumun yerə düşdüyünü ,bütün kostyumlarla paralel köynəklərin olduğunu, amma yerə düşmüş kostyumun köynəyinin olmadığını gördü. Nəzrin hələ də ağlayırdı. Asif müəllim bir şey soruşmadan otaqdan çıxdı . Nərgizə onu cinayətin olduğu yerə aparmasını və sonra da "morq"a gedəcəyini bildirdi. Bütün yol boyu Nərgizə suallar verirdi . Nərgiz utanaraq bütün suallara səmimi cavab verməyə çalışırdı. Cinayətin baş verdiyi yerə gəldikdə .Asif bəy ətrafı axtarmağa başladı. Sonra yerdə qurumuş qan izlərini gördü. Qan izlərinin Azərə aid olduğunu araşdırmaq üzrə "morq"a getdi, amma bu səfər onun yanında Nərgiz yoxdu . Nərgizə sabah onunla danışacağını söylədi. Həmin gün qapı möhkəm döyülməyə başladı. )
-Gəldim
-Salam, Nəzrin evdədir?
-Yenə siz?
-Qatili tapmışam?
-necə?
-Nəzrin xanım, biz qatili tapdıq. Bu sizin yan qonşunuz Emindir
-Emin? Bu ola bilməz? Mən bu işdən əl çəkdim ,amma siz əl çəkmirsiz.
-Bəlkə siz bilirsiz? Bu qədər əmin danışdığınıza görə? Biz araşdırdıq və bütün oxlar Emini göstərirdi.O içkili halda Eminlə mübahisə edib
-Mənim həyat yoldaşım içki içmir (Nərgiz də bunu başı ilə təsdiqlədi )
-Amma qətl edildiyi gün içkili idi (Nəzrin titrək səsi, dolmuş gözləri ilə müstəntiqə baxıb dedi )
-Uydurmayın!Əlinizdə sübut yoxdur. Bizi başdan sovutdu etmək istəyirsiz o qədər
-Mən dəliləri tapıb göstərəndə dediklərinizə görə utanacaqsız
Bu hadisədən sonra Nəzrin yenə heç nə yemədən otağına çəkildi. Onun hönkürtüsü yan otaqdan aydın eşidilirdi. Nərgiz bu hadisəni Asif bəyə demək istədi ,amma bu mənasız bir hərəkət olacaqdı. Asif bəy iş zamanı narahat edilməyi sevməzdi. Özünü zorla yatmağa vadar etdi. Səhər telefonun zəngi onu oyatdı
-Alo,Asif bəy
-Sabahın xeyir. Verdiyim ünvana gəl. Səni gözləyirəm.
Asif bəyin verdiyi ünvan çox uzaq idi.Amma Nərgiz buna məna qazandırmağa çalışırdı. Uzun müddətli yol onu gözləyirdi. ...Nərgiz yola çıxmaq üzrə evi tərk etdi

Qanlı izlərHikayelerin yaşadığı yer. Şimdi keşfedin