Tanıtım

18 2 0
                                    

Mən Leyan adının mənası azad olan,amma heç vaxt azadlığı yaşaya bilməmiş biri...
Yəqin ki bundan sonra da heç vaxt elə bir şansım olmayacaq.

  Əlimdəki dəftərin son səhifəsinə dünən,həyatımın son saatlarında  baş verən hadisələri yazıb bitirmişdim.Ayağa qalxaraq dəftəri hər zamankı yerində gizlətdim.Dalğın baxışlarla qarşımdakı divarı izləyirdim.Qorxurdum,amma buna  öyrəşmişdim artıq.Həyat öyrətmişdi.Divara yapışdırdığım "içindən keçən, demək istədiyin hər şeyi qorxmadan de" yazılan vərəqi əsəblə divardan qoparıb cırmışdım.Həyatım  boyunca bunu heç vaxt bacarmamışdım,bacarmaq üçün vaxtım da qalmamışdı.Payız fəslinin zəif  küləyi cırılmış vərəqin parçaları masanın üstünə dağıtmışdı.Telefonda olan bütün proqramları,mesajları,hər şeyi sildim.Yenə də nə isə unutmadığıma əmin olmaq üçün baxdım.Gözüm birdən tarixə sataşmışdı.27 Sentyabr 2033 cü il...
Ayağa qalxıb kameranı işə salmaq üçün düyməni basdım.Dərin nəfəs alaraq danışmağa başlamışdım.
"Mən Leyan.27 sentyabr,səhər saatlarındayıq.Siz bu videonu tapanda, hərçənd ki tapa biləcəyinizə inanmıram...Mən çoxdan  bu dünyadan  getmiş olacağam. "
Dərin nəfəs alaraq davam etmişdim."Birbaşa mətləbə keçim..
Bu 18 yaşlı bir qızın intihar məktubudur.

❄️❄️❄️❄️

Mübarizə/LeyanWhere stories live. Discover now