Dar küçələrdən sakit addımlarla hərəkət edən , saçları sağ gözünü örtmüş, üzərində rəngli geyim olsada ruhu qara geyinmiş, saqqalı ətrafdakıların maraq dairəsinə çevrilmiş, orta yaşlı birisi... Dekabrın soyuğu onun hisslərini üşütməyə başlamışdır, sağ gözünü saçlarının ötməsinə baxmayaraq sol göz bəbəyinin dərinliklərində kədəri görməmək qeyri mümkün idi. Insanların baxışlarından və bu dəqiqə üzərinə yıxılacaqmış kimi görünən binalardan qurtulub yolun kənarındakı evin qarşısında dayandı. Bir vaxtlar sevdiyi qızın adını üzərinə döymə etdirmiş sağ əlini cibinə salaraq açarı çıxardıb qapını açdı.. qapının çıxartdığı boğultulu səs hisslərini isitməyə başladı,içəri daxil oldu və şüşəsi olmayan pəncərəyə yaxın qoyulmuş, rəngi qara olsada toz örtüyünün onu ağ göstərdiyi divanda əyləşdi.. siqaretini yandırıb tüstüsünü ciyərlərinə ötürdü daha sonra gözlərini yumdu... gözlerini açanda başının üzərindəki insanların sevinc göz yaşları ilə üzləşdi...bəli burası xəstəxana idi. O indicə komadan ayılmışdı...