Acınacaqlı vəziyyət

81 16 7
                                    

İl 1901 dekabrın 29. Soyuq qış axşamı idi.Donald qarlı,şaxtalı bir qış günündə çöldə yüngül və cırıq geyimi ilə soyuqda titrəyə-titrəyə dəmir döyəcləyirdi.Kasıb olduğu üçün məcburiyyətdən hava soyuq olmasına rəğmən çalışırdı.Amma buranın sahibi bunun qarşılığında çox az cəmi 50 dollar maaş verirdi.Ancaq başqa çarəsi yox idi.Özünü və həyat yoldaşını ac qoymamaq üçün dayanmadan çalışırdı.Həyat yoldaşı Sibil Veyn isə Donald kimi bütün əzab əziyyətlərə qatlaşardı.Sibil Veyn və Donald hava şəraitindən asılı olmayaraq hər gün işləyərdilər.Sibil Veyn şaxtalı,qarlı günlərdə buz tutmuş yerin üzərində oturar,yoldan keçən insanlardan pul dilənərdi.Hava soyuqlaşdıqda isə çox az insan çöldə tapmaq olardı.Qış gələndən Sibil Veyn heç nə əldə etməmişdi.Çünki insanlar qış günləri hava soyuq keçdiyindən , hamam kimi isti,rahat evlərindən çölə çıxmazdılar.Yol boyu dilənən Sibil evlərin pəncərəsinə baxan zaman evin isti olduğunu anlayardı.Və öz içində"Ah kaş ki mənimdə belə isti evim olardı"deyərdi.Bu şaxtalı gündən 13 gün keçdi......
Donald və Sibilin bir oğlan uşağı oldu.Adını Ernest qoymuşdular.Onlar zənn edirdilər ki uşaq doğulana kimi maddi vəziyyətləri yaxşı olacaq.Ancaq bunu əvvəlcədən düşünməli idilər.Ilk zamanlar Donald və Sibil Veyn New yorkun ən varlı ailələrindən idilər ta ki Donald qumarda uduzub evini və bütün cah-calalını itirənə kimi.. Donald və Sibil kasıblaşanda bütün" dostları" onlardan uzaqlaşdılar.Donaldın atası  lap uşaqlıq vaxtlarında  vəfat etmişdi.Anası Lindqren ölməmişdən öncə Donald və Sibillə birgə yaşayırdı.Ancaq bir gün anası ürək tutmasından vəfat edir.Donaldın ailəsindən bircə qardaşı qalmışdı.Lakin bunu eşidən qardaşı bu xəbərə dözə bilmir ,və özünü öldürür.Sibil Veynin anası və atası isə lap uşaq vaxtlarından Sibili uşaqlar evinə qoyur.Donald və Sibil Veyn həm maddi həm mədəni cəhətdən sarsıntı keçirirdilər.Ona görə də oğlu Ernesti uşaqlar evinə qoymağı planlaşdırırlar

Ernestin həyat fəlsəfəsiHikayelerin yaşadığı yer. Şimdi keşfedin