Kiçik karyera

32 13 0
                                    

Onlar gətirdikləri əşyaları yerləşdirib,müştərinin gəlməsini gözlədi.
Harri:Ernest,bəlkə nümunə kimi mənim şəklimi çəkəsən yenidən?
Ernest:Yenidən çəkməyə ehtiyac yoxdur əzizim.Mən sənə demişdim ki uşaqların hamısının rəsmlərini çəkmişəm.Və indi elə yerləştirəcəm ki hər kəs görsün.
Harri:Həə,elədi ki var.Ernest, ancaq indi yalnız sən məndən daha yaxşı şəkil çəkirsən.Sən də mənə şəkil çəkməyi öyrədərsən?
Ernest:Təbii ki də öyrədərəm Harri.Əslində səndə yaxşı şəkil çəkirsən.Özünə inamını heç vaxt itirmə Harri.
Harri:Çox sağ ol əziz dostum.
Ernest Harriyə rəsmlə bağlı bəzi önəmli şeyləri öyrətdi.
İlk müştəri gəldi.Uşaqlar müştərinin onlara tərəf gəldiyini görüb çox sevindilər.Müştəri:(kinayə ilə)Siz mi insanların şəklini çəkirsiz?
Ernest:Bəli cənab
Müştəri:Onda mənim də şəklimi çəkin.
Ernest:Baş üstə cənab
Ernest çox tez bir zamanda çox gözəl bir şəkil çəkdi.Müştəri bu şəkli çox bəyənmişdi.Onlar hər bir şəkilə görə də 15 dollar alırdı.Beləcə çoxlu müştərilər gəldi.Hər kəs Ernestin çəkdiyi şəkillərə heyran olmuşdu.Onlar bu gün 150 dollar qazanmışdılar.
Hava qaranlıqlaşırdı.Onlar öz uşaqlar evindən gətirdikləri döşəklərini yerə sərdilər.Üstlərini yorğanla örtdülər.Belə bir vəziyyətdən əsla narazı deyildilər.Dostlar yaxşı bilirdilər ki uğura gedən yol əzab və əziyyətdən keçir.Ernest və Harri heç zaman valideynləri haqda danışmazdılar.Ancaq Harri birinci dəfədir ki bu haqda Ernestə sual verir?
Harri(kədərli və yavaş səs tonu ilə):Ernest sənin valideynlərin dünyasını dəyişib?
Ernest(bu sözü eşidəndə kövrələrək):Xeyr Harri.Mən 1 həftəlik olanda məni uşaqlar evinə atıblar.Bəs sənin valideynlərin?
Harri:Mənim valideynlərim maşın qəzasında dünyasını dəyişib.
Ernest:Allah rəhmət eləsin.Amma inanıram ki sən professional rəssam olanda valideynlərin səndən razı olacaqlar fəxr eliyəcəklər.Insanlar ölmür.Onların ruhu daim səninlədi.Məndə umid edirəm ki valideynlərimi gələcəkdə taparam
Harri:Doğrudur Ernest.Gəl daha bu haqda danışmayaq əzizim.Biz özümüzə və valideynlərimizə görə ən yüksək zirvələrdə olacağıq.
Ernest:Təbii ki bir vaxt öz istəyimizə nail olacağıq.Gecən xeyrə qalsın Harri.
Harri:Gecən xeyrə qalsın dostum
Saat 08:00 Harri və Ernest yuxudan oyandılar.Marketə gedib səhər yeməyi üçün çörək,pendir keks və  3 litr su aldılar.Qarınların doyuzdurdular.Ernest və Harri biri-birinin şəkillərini çəkdilər.Harri artıq hazır idi.
Ernest:Bu dəfə yaxşı hazırlaşdın.Bu gün şəkilləri sən çəkəcəksən.
Harri:Mən hazıram.
Çoxlu müştəri gəldi və Harri çox gözəl şəkillər çəkdi.Müştərinin ardı-arası kəsilmirdi.Artıq onları bütün Livnqston küçəsinin də hər kəs tanıyırdı.Onlar karyerasını daha da artırmağı düşündülər.Ernest və Harri çox gözəl balaca bir yerdə özlərinin rəsm emalatxanasını yaratdılar.Üstəlik onlara 500 dollar qalırdı.
Onlar artıq yastığa başlarını ac şəkildə yox, tox olaraq qoyub mışıl-mışıl yatırdılar.

Ernestin həyat fəlsəfəsiHikayelerin yaşadığı yer. Şimdi keşfedin