Fəsil 1: Köhnə dost

11 1 1
                                    

  Hündür daban ayaqqabı mərmərə dəydikcə gözlədiyim adamın yaxınlaşdığını başa düşürdüm. Mənim burada nə işim var idi ki ümumiyyətlə?! O evdəki ən məsum insan mən idim.

Qapı açıldı. Kostyumlu xanım otağa girdi, mənə və qandallanmış əllərimə alçaldıcı baxışlarla baxdı. Qabağımdakı stula oturub portfelini qabağıma qoydu.

“Mən məsumam!”,- Yüksək tonla dedim.

Xanım çevrilib nəzarətçi polisə baxdı. Polis gülməmək üçün özünü zorla saxlayırdı. Xanımın da üzündə təbəssüm bəlli olurdu.

“Bu türmədə kimi danışdırsan hamısı məsumdur, əzizim...”,- Xanım mənə inanmırdı.
"Mən özüm də polisəm axı!",- İstər-istəməz qışqırdım.
"Onda daha pis! Reputasiyavı riskə atmağa dəyərdi bu əməlin?",- Xanım da səsinin tonunu qaldırmağa başlayırdı.
"Sizə olanları kim necə danışıb bilmirəm amma siz olanları mənim dilimdən də eşitməlisiz!",- Səsimin bərk olduğunun fərqinə varıb sakitləşdim və ovcumu pul gözləyən dilənçi kimi üzü yuxarı açıb hiyləgər bir fikrimin olmadığını göstərmək istədim.
"Yaxşı... Beş dəqiqən var.",- Xanım arxaya yastlandı...

Yəqin ki, sizin özünüzə də mənə o vaxtı olduğu kimi niyə Miami Polis Departmentində sorğuya alınmağım maraqlı gəlir. Bunun üçün lap əvvələ qayıtmalıyıq.


                         

  Bu mənim iş yoldaşlarımla olan tək şəklimdir. Əslində, mənim ümumiyyətlə şəkil çəkdirmək həvəskarı olmadığım faktını nəzərə alsaq bu mənim yeganə şəklimdir. Gördüyünüz o qaradərili cənab mənəm. Xeyr, xeyr! O yox... Onun arxasındakı. Adım isə Samueldir... Samuel Richardson. Los Angeles Polis Departmentinin bir-birindən fərqlənməyən minlərlə polisindən biriyəm. Qabağımda duran və çaşqınlığa səbəb olan o cənabdan fərqli olaraq mənim heç bir qəhramanlığım yoxdur. Mənim həmin amerikan kinolarında gördüyünüz əlində “donut” və kofeylə vaxtını öldürən polislərdən heç bir fərqim yoxdur. Əslində mənimlə bağlı maraqlı belə heç nə yoxdur. Sadəcə iş yoldaşlarım və bir neçə qohumum sağdı. Onlarla isə çox yaxın olduğumu deyə bilmərəm. Amma bircə ondan əminəm ki, sosyal həyatımın son çırpınışları mənim qalan qohumlarım və yola verdiyim iş yoldaşlarımdır. İndi əsas sual odur ki, LAPD polisi MPD-də niyə sorğuya alınır?

  Başlanğıcda şahidi olduğunuz insidentdən 4 gün əvvəl idi... İyunun 4-ü 2004-cü il... Əlaqəmin normal olduğu tək-tük qohumlardan biri olan dayım oğlu maşın qəzasında rəhmətə getmişdi. Evdə olan yeganə kostyumumu geyindim. Bu ağ zolaqlı qara kostyum idi. Çöl sauna kimi yanırdı və gün tam yuxarıda idi. Cənazənin açıq havada olduğu yadıma düşəndə gün eynəyimi də götürməyi unutmadım. Çıxıb 2001-ci ilin seriyası olan Toyota Echo maşınıma oturdum. Üç illik istifadə sonrası bu maşın artıq əsəblərimlə oynamağı bacarırdı. Maşına minəndə içəridə cəhənnəm istisinin olduğunu gördüm. Gün qabaq pəncərədən içərini sobaya çevirmişdi. Oturan kimi maşını işə salıb kondisionerə cumdum. Nə qədər çalışsamda kondisioner yanmaq bilmirdi. Anlıq əsəb ilə maşına var gücümlə yumruq vurdum. Kondisioner sanki insafa gəlibmiş kimi işləməyə başladı.

İtalyansayağı axşam yeməyiWhere stories live. Discover now