Arthurla limuzinə oturduqdan sonra biz iki aylıq maaşımı bir araya gətirsəm belə doyumlu yemək yeyə bilməyəcəyim qədər bahalı bir restorana gəldik. Arthur ordenlərini hələ də çıxartmamışdı. Qapıdan girdik, menecer xanım bizə yaxınlaşdı.
"Rezervasiya etmişdiniz, cənab?",- O Arthurun gözlərinə baxmaq istəsə də, gözlərini qızılı rəngli parıldayan ordenlərdən çəkə bilmirdi.
"Bəli... Arthur Williams",- Arthur qızın gözlərini ordenlərə dikdiyini görüb özündənrazı və ziyalı adam tonunda yekəxanacasına gülümsəyib cavab verdi.Xanım bizə stolumuzu göstərib uzaqlaşdı. Stol iki nəfərlik idi. Stolun üzərinə süd rəngi süfrə salınmışdı. Süfrə az qalsın parıldayırdı. Materialını bilmək üçün süfrəyə toxundum. Təmiz pambıq kimi hissiyat verirdi. Süfrənin üzərində isə iki boşqab var idi. Boşqabların hərəsinin içində gül formasında bükülmüş qalın qırmızı salfet var idi. Boşqabların kənarında təmizliyi ilə gözə dəyən iki çəngəl-biri dessert üçün, digəri isə əsas yemək üçün, bir qaşıq,bir bıçaq və üzərində qəribə naxışları olan şərab qədəhi gözə dəyirdi. Birdə onu da deməyi unutmayım ki, stolun düz ortasında uzun nazik lampa var idi. Görünüşü ilə əsl göbələyi xatırladırdı.
Arthurla əyləşib yerimizi rahatladıq.
"Fikirləşirəm ki, burada nahar edək sonra isə kluba gedək, əvvəlki günlər kimi! Nə deyirsən?",- Arthur sevinclə gözlərinə işıq gəlmiş kimi danışırdı.
"Büdcəmiz nə qədərdi, Arthur?",- Ofisantın gətirdiyi menyunu açmağa macal tapıb soruşdum.
"Los Angelesda iki ev alacaq qədər.",- Özü ilə fəxr edirmiş kimi gülə-gülə dedi."Başa düşdüm briqada generalısan... Amma bu qədər pul səndə hardandır?",-Şübhə ilə Arthurla danışdım.
Arthur biraz duruxdu sonra isə sanki özü-özlüyündə bir qərara gəlib arxaya söykəndiyi stulundan qollarını stola dirəyib qabağa gəldi.
"Mən əslində Los Angelesa ancaq əylənməyə gəlməmişəm, Samuel.",- Sakitcə danışırdı,-"Məni Miamidə çox vacib insan axşam yeməyinə çağırıb. Amma mənim orda olduğum bilinməməlidi, ona görə də, mən əvvəl hansısa ştata uçub oradan maşınla getməyi planlaşdırdım. Yer axtaranda elə sən yadıma düşdün, dedim ki, gəlim heç olmasa köhnə dostu görüm."
"Kimdir ki bu vacib insan, maraqlı gəldi...",- mən də Arthur kimi qollarımı stola dirəyib biraz qabağa gəldim.
"Grigor-",- Ofisant yaxınlaşdı deyə Arthur dayandı,-"Bizə ən yaxşı çaxırınızdan açın və steykləriniz haqqında çox eşitmişəm... Məsləhət gördüyünüz birindən ikimizə də gətirin."
Ofisant başı ilə təsdiqləyib ehmalca uzaqlaşdı."Grigor Patze. Atası italiyandır, amma anasının yanında Gürcüstanda böyüyüb. Elə ordan da silah alverinə başlayıb.",- Arthur ofisantın uzaqlaşdığına əmin olmaq üçün çevrilib baxdı və sonra sakit-sakit danışdı.
"Baxma sən də silah alveri edərsən?",- şübhəli-şübhəli soruşdum."Tam olaraq silah alveri də demək olmaz.",- biraz arxaya çəkilib çəngəl, qaşığı düzəldirmiş kimi tərpətməyə başladı.
Ortadaki göbələk formalı lampadan bir-birimizi güclə görürdük. Lampanı götürüb yerə qoydum.
"O necə olur?",- soruşdum.
"Mən ticari təkliflər tapıram və Grigor kimi alverçilərə göstərib faizimi alıram."
"İlleqal deyil bu?!",- Biraz da qabağa gəlib pıçıldadım.
"Mənim elədiyim? Yox... Belə fikirləş ki, mən bıçağın yerini deyib uzaqlaşıram əsl illeqal işi edən isə gəlib onu götürür gedir.",- Arthur özünü təmizə çıxartmağa çalışırmış kimi özü belə danışdığında məna tapa bilmədən danışırdı.