Saatlar keçdi, detektiv Hüseynovun qaranlıq küçələrdə gəzdikcə addımları əks-səda verdi. Gözləri şəhərin qıraq bucağında qara zanbaq yarpağı simvolunun menasınını axtarırdı. İlk baxışda fərq edilməyəcək şəkildə yerləşdirilən simvollar ona bir ipucu kimi görünürdü. Sanki şəhər ona mesajlar verirdi.
Dedektiv Hüseynov: (mızıldanaraq) " Bu simvollar nə deməkdir? Bunun ardındakı sirri tapmaq üçün simvolların sirrini tapmalıyam."
Toplanmış məlumatlara əsasən, detektiv Hüseynov şəhər sakinlərinin müəmmalı hadisələr barədə fikirlərini öyrənmək üçün satıcılar və digər insanlarla yenidən əlaqə saxladı. Söhbətlərdə danışılanlar bir-birini təkrarlamağa başladı.
Bir sakin: (narahat bir ifadə ilə) "Qaranlıq küçələrdə qəfildən görünən bir kölgə gördüm. Bir anlıq göründü və sonra itdi. O anda qorxudan donaraq yerimdə quruyub qaldım."
Dedektiv Hüseynov: "Başa düşdüm, gördüyünüz bu kölgə haqqında daha çox məlumat verə bilərsinizmi?"
Digər sakin: (həyəcanlı) " Siluet kimi bir şey idi. Sadəcə sürətlə hərəkət etdi və sonra itdi."
Detektiv Hüseynov bu toplanmış informasiyanın köməyi ilə qatilin niyyətlərini öyrənməyə çalışırdı. Ancaq bir böyük sual işarəsi qaldı: Bu kölgələr kimin arxasıyca gedirdi və niyə bu qədər müəmmalı şəkildə ortaya çıxmışdı?
Hüseynov gecə-gündüz qaranlıq küçələrdə araşdırmalarını davam etdirir. O, şəhər sakinləri ilə bu dialoqu qatilin niyyətlərini tapmaq üçün açar kimi görürdü. Bəzən qorxulu baxışlarla, bəzən də səmimi sözlərlə qarşılaşdı.
Müxtəlif insanlarla bu söhbətlər nəticəsində dedektiv Hüseynov yeni ipuçları aldı. İndi qatilin niyə bu qədər sirli bir şəkildə ortaya çıxdığını və niyyətinin nə olduğunu anlamağa daha da yaxın idi.
ŞİMDİ OKUDUĞUN
Qara Zanbaq Yarpağının Sirri
ActionŞəki şəhərində Azərbaycanın tarixi sərvətləri ilə dolu füsunkar ab-hava hökm sürürdü. Ancaq şəhərin bu sehrli mənzərəsi qaranlıq bir kölgə altında yox olmağa başladı. "Qara Zanbaq Yarpağının Sirri" adlı hekayə bu şəhərdə baş verən bir sıra sirli qət...