Kiçik xoşbəxtlik
(Xoşbətliyi axtarmayaq o bizimlədi, ətrafımızdadır, daxilimizdədir ..Bəzən xoşbəxtlik sadecə bir insandan ibarətdir...)
Yağış səsi və küləyin uğultusu məni müəyyən qədər rahatlandırırdı. Ətrafda güclü külək dövrə vururdu. Gödəkçəm və papağım qalın olsa belə yenə də mənə çox soyuq idi. Bakıda yanvar havası bəlkə də hər zaman bu cür olardı. Küçənin qırağı ilə addımlayırdım. Beynimdə fərqli düşüncələr var idi. əslində özümü bədbəxt sanrdım. Bezmişdim hər şeydən. Şablonlaşmış həyatımdan süni gülüşlərdən insanların hətta maraq dolu baxışlarında belə bezmişdim. Arad küləyin güclü uğultusu əynimdəki paltarları rəqs elətdirmiş kimi olurdu. Dayancağa tələsən sərnişinlər, analarının əlindən bərk yağışan uşaqlar və onların üzündəki gülüşlər mənim əhvalımı müəyyən qədər açırdı. Soyuq getdikcə daha da güclənirdi. Küçənin sonuna çatan zaman tində durmuş bir uşağı gördüm. Gördüyüm an dəhşətə gəldim. Boz Bakının küçələrində cırıq paltarları və məsum siması ilə küncə qısılmış bir körpə ətrafa tamaşa edirdi. Hiss olunurdu ki, ona çox soyuqdur. Əynində demək olar paltar yox idi. Geyindiyi köynəyi cırıq olduğundan kiçik əlləri ilə bədənini tutaraq soyuqdan qorunurdu. Ağ dərisi küçələrdə qalmaqdan qaralmış vəziyyətdə idi və kiçik dodaqları soyuqdan əsirdi. Bunu aydınca hiss etmək olurdu. Dözə bilmədim. Bir qədər də ona yaxınlaşdım. Havanın çox küləkli olmasından o küçədən keçən insanlar bu balacaya fikir belə vermirdilər. Görünür bizə başqasının yaşadığı həyat maraqlı deyildi.
Küncə qısılmış kiçik əlləri ilə ayaqlarına sarılmış uşaq ətrafına tamaş edirdi. Balaca barmaqları soyuqdan buz bağlamış kimi olardı. Onun bəlkə də 7 yaşı olardı. Bu yaşda küçəyə atılması və bu soyuqda küçədə yaşaması insanı bir anlıq dəhşətə gətirirdi. Üzünə baxdım. Simasında məsumluq hiss olunurdu. Qaralmış dərisi və incə dodaqları ilə mənə gülümsündü. Sanki cənnət göndərilmiş lap kiçik gülümsəmə idi. Bir qədər də ona yaxınlaşdım. Soyuqdan buz bağlamasına baxmayaraq gülürdü. Həqiqətən də üzündəki gülümsəməsi və mənə baxış forması tam başqa cür idi. Sanki xoşbəxt idi. Bu qədər bədbəxtliklər içərisində xoşbəxt idi. Soyuqdan donmasına baxmayaraq gülürdü. Daha sonra kiçik gözlərini aşağı salaraq bayaqdan əlində tutduğu şəkilə bir daha tamaşa etdi. Mən isə onun əlində tutduğu şəklin hazırda fərqində oldum.Şəkilə baxaraq gülür və şəkili dodaqlarına yaxınlaşdıraraq öpürdü daha sonra isə həmin şəkili ürəyinə apararaq başını qaldırıb ağ səmaya tamaşa edirdi. Xoşbəxt idi.. Üzündəki gülüşdən və ürəyinin döyüntülərindən onun necə xoşbəxt olduğunu hiss etmək olurdu. Bir qədər də yaxınlaşaraq şəkilə diqqətlə baxmağa başladım. Şəkildə bir qadınla çəkdirdiyi şəkil əks olunmuşdu. Əlimi uzadaraq şəkili ondan götürdüm və diqqətlə baxmağa başladım. 'Ana, Yaxşıki yanımdasan' yazılı not şəklin arxasında idi. Bu sözlər mənim göz yaşıma səbəb oldu. Bayaqdan bəri gülən bu körpə bir an içində hönkür-hönkür ağlamağa başlamışdı. Əvvəlcə ağlama səbəbini anlamadım daha sonra əlimdə tutduğum şəkili ona qaytardığımda uşaq sakitləşdi şəkili ürəyinin üzərində qoyduqdan sonra isə gülməyə başladı. Ürəyimdə həyəcan dolu döyüntülər həmin an atamağa başladı. Özümü birtəhər hiss elədim. Əslində körpəni gördükdən sonra özümə nifrət elədim. Mən həyatımdan şikayətlənən özümüm bədbəxt sayan zaman balaca bir uşaq sadecə şəkildə öz xoşbəxtliyini tapmışd. Əslində xoşbəxtlik heçnədə idi. O sadecə bizim daxilimizdə yerləşirdi. Bunu son dəfə uşağın simasına baxdıqdan sonra daha da yaxşı anladım...
YOU ARE READING
Kiçik xoşbəxtlik
Short StoryXoşbətliyi axtarmayaq o bizimlədi, ətrafımızdadır, daxilimizdədir ..Bəzən xoşbəxtlik sadecə bir insandan ibarətdir...